Məhkəmə qərarları › İş №2(051)-2465/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2465/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2465/2021 24.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər X1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 353.3 manat əsas borc, 25.16 manat faiz borcu və kredit müqaviləsi üzrə 18.11.2021-ci il tarixdən 03.12.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0.75 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 379.21 manat borcun 30 manat dövlət rüsumunun 25.12.2020-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 17.09.2021-ci il tarixə yaranmış 531 manat əsas borc, 79 manat cərimə borcu olmaqla, cəmi 610 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb banka verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh2 rəsmi qeydə alındığı ünvan kimi ünvan 1 ünvan qeyd edilməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsi iddiaya cavab verməli olan və məhkəməyə çağırılmalı olan şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bununla da iddiaçı, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi prosessual Qanunverici qeyd olunan maddələrdə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmiş, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi, həmçinin iddia ərizəsinə əlavə edilməli olan sənədləri iddiaçının vəzifəsi kimi təsbit etmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 353.3 manat əsas borcun, 25.16 manat faiz borcunun və kredit müqaviləsi üzrə 18.11.2021-ci il tarixdən 03.12.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0.75 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 379.21 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb banka verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar