Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2479/2025 09.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh borcu olan 35000 (otuz beş min) manat məbləğində pulun və ödənilmiş 195 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 2023-cü ilin may ayında 68200 (altmış səkkiz min iki yüz) manat borca pul almışdır. Həmin 68200 (altmış səkkiz min iki yüz) manatın 33200 (otuz üç min iki yüz) manatını xx.xx.2023-cü il tarixədək ona qaytarmışdır. Bundan sonra Cavabdeh ona 35000 (otuz beş min) manat borcu qalmışdır. Daha sonra Cavabdeh ona xx.xx.2023-cü il tarixdə öz əlyazması ilə qəbz verərək, 35000 (otuz beş min) manat borcu olmasını təsdiq etmişdir və həmin 35000 (otuz beş min) manat borclu olduğu pulu 2024-cü ilin sonlarına qədər ona qaytaracağına söz vermişdir. Lakin qəbzi verdikdən sonra uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh borclu olduğu 35000 (otuz beş min) manat pulu ona geri qaytarmamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddianı etiraf edir. Keçən müddət ərzində borcun ödənilməməsinin səbəbi hazırda Şəki Ağır Cinayətlər Məhkəməsində 3 cinayət işi gedir. Həmin cinayət işləri üzrə zərərçəkmiş şəxsdir. Dəymiş zərərdən ona qismən ödəniş edilmişdir. Zərər ödənilən kimi o da iddiaçıya borcunu ödəyəcəkdir. Odur ki, qətnamə qəbul edilərkən izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2023-cü ilin may ayında 68200 manat almışdır. Həmin məbləğdən 33200 manat pulu iddiaçıya qaytarmış və qalıq məbləği 2024-cü ilin sonuna kimi geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli Mingəçevir ŞPŞ-nin QMQ-dan verilmiş müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı olduğu yer üzrə qeydiyyata alındığı ünvan ünvan 1 iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh iddiaçıdan 2023-cü ilin may ayında 68200 manat məbləğində borc pul almışdır. Məhkəmə iclası zamanı cavabdeh bildirmişdir ki, iddiaçıdan cəmi 68200 manat borc pul aldığını, həmin borcdan isə 33200 manatını öz əlyazması ilə qəbzlə qaytardığını, qalan 35000 manat məbləği isə 2024-cü ilin sonuna kimi geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qəbzi verdikdən sonra uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh borclu olduğu 35000 manat pulu ona geri qaytarmamışdır. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmış, cavabdeh isə borcun ödənilməsindən yayınmış, iddiaçıya olan borcunu ödəməmişdir. Məhkəmə iclası zamanı cavabdeh iddiaçıdan 68200 manat aldığını etiraf edərək həmin borcun qalıq məbləğini ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul edir və iddianın təmin edilməsi zamanı nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmçinin ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Ona görə də ödənilmiş 195 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 35000 (otuz beş min) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 195 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 35000 (otuz beş min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2479/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2479/2025
09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver