Məhkəmə qərarları › İş №2(051)-248/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-248/2024

21.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-248/2024 21.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qədimova (Məmmədova) Şahnaz Məmməd qızına qarşı “miras əmlak paylarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Qədimova (Məmmədova) Şahnaz Məmməd qızına qarşı “miras əmlak paylarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ərinin mülkiyyıətində olan “Opel Astra” universal markalı **-DP-*** saylı dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə əvrəsəlik hüququnn tanınması, mirasdan ¾ hissə ilə pay hüququnun müəyyən edilməsi, avtomobilin naturada ayrılması mümkün olmaması səbəbindən avtomobildə payına düşən ¾ hissəsinin dəyəri paylı mülkiyyətin digər mülkiyyətçiləri, yəni Cavabdeh2 tərəfindən ona ödənilməsi, avtomobilin açıq hərracda satılması və avtomobilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, X6 onun mərhum əri olmuşdur. Aralarında olan nikah xx.xx.2009-cu ildə rəsmiləşdirilmişdir. Onların birgə nikahdan övladları olmamışdır. Lakin mərhum əri M.Qədimovun ondan əvvəlki nikahından Cavabdeh2 və X10 övladları olmuşdur. Mərhum M.Qədimov ilə birgə nikah dövründə yəni xx.xx.2017-ci ildə **-DP-*** dövlət qeydiyyat nişanlı “Opel Astra universal” markalı avtomobil almışlar. Sözügedən avtomobil ölən günə kimi mərhum M.Qədimov mülkiyyətində olmuş və avtomobili hazırda yalnız onun tərəfindən miras kimi qeyd olunmuşdur. Həmin “Opel Astra” universal markalı **-DP-*** saylı dövlət qeydiyyatlı nişanlı avtomobilin hazırda onun istifadəsindədir və birgə nikah dövründə əldə edilmişdir. Odur ki, sözügedən avtomobilin üzərinə əvrəsəlik hüququnn tanınması, mirasdan ¾ hissə ilə pay hüququnun müəyyən edilməsi, avtomobilin naturada ayrılması mümkün olmaması səbəbindən avtomobildə payına düşən ¾ hissəsinin dəyəri paylı mülkiyyətin digər mülkiyyətçiləri, yəni Cavabdeh2 tərəfindən ona ödənilməsi, avtomobilin açıq hərracda satılması və avtomobilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Qədimova (Məmmədova) Şahnaz qızına məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddiaçı aralarında avtomobilə dair payın müəyyən edilməsində narazılıq olmuşdur. Onun da payının ayrılıb verilməsini xahiş edir. Bundan başqa bacısı da miras əmlaka paydan onun xeyrinə imtina etmişdir. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ № 329483 saylı xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X12 Xidmət Mərkəzi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ № 469191 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X6 ilə X4 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qədimov, arvada Qədimova soyadı verilmişdir; Ağdam rayon Mərzili İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-T № 216277 saylı xx.xx.2023-cü il tarixli doğim haaqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.1980-ci il tarixdə Ağdam rayonu Mərzili kəndində doğulmuş, atası - X6, anası- X11r. Ağdam rayon Mərzili kənd soveti tərəfindən verilmiş 477798 saylı xx.xx.1982-ci il tarixli doğim haaqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.1982-ci il tarixdə Ağdam rayonu Mərzili kəndində doğulmuş, atası – X6, anası- X11r. AD № 037203 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” universal markalı **-DP-*** saylı dövlət qeydiyyatlı nişanlı avtomobil X5 məxsusdur. Mingəçevir şəhər MKİS tərəfindən № 1095 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Qədimova X2 şəhəri 412 mənzili “Yeni Həyat” məcburi köçkün qəsəbəsində mənzil C-98 ünvanında müvəqqəti məskunlaşıb. xx.xx.2023-cü il tarixli **********882 saylı ərizədən görünür ki, X7 mərhum atası X3 qalmış mirasdan bütövlükdə digər vərəsə Məmmədova (Qədimova) Şahnaz Məmməd qızının xeyrinə imtina etmişdir. xx.xx.2023-cü il tarixli **********160 saylı ərizədən görünür ki, Qədimova (Məmmədova) Şahnaz qızı mərhum atası X3 qalmış miras əmlakı qəbul etmişdir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçı mirasqoyanla 25 aprel 2006cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından övladları olmamışdır. Lakin mərhum əri M.Qədimovun iddiaçıdan əvvəlki nikahından Cavabdeh2 və X10 övladları olmuşdur. Birgə nikah dövründə yəni xx.xx.2017-ci ildə **-DP-*** dövlət qeydiyyat nişanlı “Opel Astra universal” markalı avtomobil almışlar. Əri M.Qədimov xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin abtomobildən M.Qədimovun qızı S. Bayramova (Qədimova) bütövlükdə digər vərəsə Məmmədova (Qədimova) Şahnaz Məmməd qızının xeyrinə imtina etmişdir. Bundan sonra iddiaçı birgə nikah dövründə əldə olunmuş avtomobilin onun payına düşən ¾ hissəsinin dəyəri paylı mülkiyyətin digər mülkiyyətçiləri, yəni Cavabdeh2 tərəfindən ona ödənilməsi, avtomobilin açıq hərracda satılması və avtomobilin satılması nəticəsində əldə edilmiş pul məbləğinin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən mirasın açıldığı yer, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1276. Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X13 xx.xx.2023-сц il tarixdə vəfat etdiyindən, ondan miras əmlak kimi “Opel Astra” universal markalı **-DP-*** saylı dövlət qeydiyyatlı nişanlı avtomobil avtomobil qaldığından, avtomobilə dair payın müəyyən edilməsinə dair iddiaçı ilə cavabdeh arasında mübahisə olduğundan məhkəmə onlar arasındakı payları müəyyən etməlidir. Belə ki, iddiaçıhəm əmlakın yarısına ölmüş şəxsin sağ almış arvadı kimi birgə nikah dövründə əldə olunmuş əmlaka pay hüququna malikdir. Digər tərəfdən qanuni vərəsə kimi ölmüş şəxsin birgə nikah dövründə əldə olunmuş əmlakının digər yarısına münasibətdə onun vərərəsəsidir. Eləcə də cavabdeh də ölən şəxsin-övladıatasından miras qalmış atasınının birgə nikah dövründə əldə etdiyi əmlakın yarı hissəsindən pay hüququna malikdir. Eyni zamanda ölən şəxsin digər övladı öz payından bacısının xeyrinə imtina etmişdir. Beləliklə əmlaka payları 6 hissəyə bölsək, bunun yarısı yəni 3 hissəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi 3/6 hissə iddiaçının olur. Bu birgə nikah dövründə əldə edilmiş əmlakın yarısıdır. Bunun əksi sübut olunmur. Digər yarı hissə 3/6 hissə-bu miras əmlaka daxil olan hissədir. Bu hissədən 1 pay ölən şəxsin arvadının, digər 2 pay isə ölən şəxsin hər birinə 1 pay olmaqla övladlarınındır. Övladlardan biri digərinin xeyrinə miras əmlakdan imtina etdiyindən cavabdehin payı 2 hissə hesablanır. Ona görə də miras əmlaka 4/6 (yəni 2/3 )hissə iddiaçının payı, 2/6 (yəni ½) hissə cavabdehin payı müəyyən edilməlidir. Məhkəmə iddianın avtomobilin naturada ayrılması mümkün olmaması səbəbindən avtomobildə payına düşən ¾ hissəsinin dəyəri paylı mülkiyyətin digər mülkiyyətçiləri, yəni Cavabdeh2 tərəfindən ona ödənilməsi, avtomobilin açıq hərracda satılması və avtoobilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi hissəsinə münasibətdə aşaşıdakıları qeyd edir. Tərəflər arasında mübahisə edilən əmlak qeydə alnan daşınar əşyadır. Müəyyən edilmiş payların ayrılmasına dair qanunverici qayda müəyyən etmişdir. Bu halda məhkəmə hesab edir ki, həmin əmlaka məhkəmə qətnaməsi ilə paylar müəyyən edildikdən, qətnamə qanununi qüvvəsini alıb icraya yönəldikdən sonra tərflər aralarında paylarına uyğun əmlakın bölünməsi barədə razılığa gəlmədikdə payın ayrılması tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Ona görə də məhkəmə hesab edir ki, iddia avtomobilin naturada ayrılması mümkün olmaması səbəbindən avtomobildə payına düşən ¾ hissəsinin dəyəri paylı mülkiyyətin digər mülkiyyətçiləri, yəni Cavabdeh2 tərəfindən ona ödənilməsi, avtomobilin açıq hərracda satılması və avtomobilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi hissəsində təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı rüsumun cavabdehdən alınması ilə bağlı hər hansı tələb irəli sürmədiyindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı cavabdeh Qədimova (Məmmədova) Şahnaz Məmməd qızına qarşı “Opel Astra” universal markalı **-DP-*** saylı dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə əvrəsəlik hüququnun tanınması, mirasdan ¾ hissə ilə pay hüququnun müəyyən edilməsi, avtomobilin naturada ayrılması mümkün olmaması səbəbindən avtomobildə payına düşən ¾ hissəsinin dəyəri paylı mülkiyyətin digər mülkiyyətçiləri, yəni Cavabdeh2 tərəfindən ona ödənilməsi, avtomobilin açıq hərracda satılması və avtomobilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiası qismən təmin edilsin. “Opel Astra” universal markalı **-DP-*** saylı dövlət qeydiyyatlı nişanlı avtomobilə 2/3 hissədə İddiaçı, 1/3 hissədə Qədimova (Məmmədova) Şahnaz Məmməd qızının payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar