Məhkəmə qərarları › İş №2(051)-2498/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2498/2025

05.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2498/2025 05.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “naturada bölünmüş qeyri-yaşayış sahəsinin birbirindən təcrid olunması” tələbinə dair ərizəsini məhkəmə iclasından kənar yazılı icraat qaydasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 69-B ünvanda yerləşən və paylara uyğun naturada ayrılmış qeyri-yaşayış binasının tikinti norma və qaydalarına uyğun olaraq bir-birindən hansı qaydada təcrid olunması və təcrid olunmanın dəqiqliklə göstərilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən İddiaçı MMC-nin və Cavabdeh paylı mülkiyyətdə olan qeyri-yaşayış binası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 10/2460 saylı rəyində göstərildiyi qaydada naturada bölünməsi qət edilmişdir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı “naturada bölünmüş qeyri-yaşayış sahəsinin bir-birindən təcrid olunması” tələbinə dair iddia üzrə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, tərəflərə məxsus qeyri-yaşayış sahəsinə tərəflərin payları müəyyən olunmuş və paylara münasibətdə qeyri-yaşayış sahəsi naturada ayrılmış, bu barədə qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırki iddia ərizəsi isə tələb “naturada bölünmüş qeyri-yaşayış sahəsinin bir-birindən təcrid olunması qaydasıdır. Məhkəmə hesab edir ki, ərizəçinin "Naturada bölünmüş qeyri-yaşayış sahəsinin birbirindən təcrid olunması" tələbi icra qaydasında həll olunmalıdır. Belə olan halda iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “naturada bölünmüş qeyri-yaşayış sahəsinin birbirindən təcrid olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar