Məhkəmə qərarları › İş №2(051)-252/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-252/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-252/2022 05.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, iddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi X1 məhkəməyə teleqram göndərərək, işə onların iştirakı olmadan baxılaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli, **********2596 saylı güzəştli kredit müqaviləsinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun müqafilə imzalanan tarixə 10119.40 (on min yüz on doqquz manat qırx qəpik) manat qalıq məbləği illik 01 faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Cavabdeh2 bir il güzəşt müddətində hər ay 8.71 manat, dörd il müddətində isə hər ay 215.22 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə iddiaçı arasında 02 dekabr 2019-cu il tarixdə **********2***-******* saylı və **********2***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin hazırda 10119.40 (on min yüz on doqquz manat qırx qəpik) manat əsas borc, 304.72 (üç yüz dörd manat yetmiş iki qəpik) manat faiz üzrə, ümumilikdə 10424.12 (on min dörd yüz iyirmi dörd manat on iki qəpik) manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 121.27 pulun cavabdehlərdən alınaraq “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etdi və izahatında göstərdi ki, maddi imkanları olmadığı üçün kredit borcunu vaxtında ödəyə bilməmişlər. Borcunu imkan olan kimi hissə-hissə ödəyəcəkdir. Məhkəmə Cavabdeh3 dinləyib, iş materialını araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatı ilə cavabdeh Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli, **********2596 saylı tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 01 faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 10119.40 (on min yüz on doqquz manat qırx qəpik) manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi, Cavabdeh2 və Cavabdeh1 isə kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öhdələrinə götürmüşlər. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2nun 10119.40 manat əsas borcu, 304.72 manat kredit faiz borcu, ümumilikdə 10424.12 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 10119.40 (on min yüz on doqquz manat qırx qəpik) manat əsas borc, 304.72 (üç yüz dörd manat yetmiş iki qəpik) manat faiz borcu, ümumilikdə 10424.12 (on min dörd yüz iyirmi dörd manat on iki qəpik) manat kredit borcu tutularaq iddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 121.27 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 10119.40 (on min yüz on doqquz manat qırx qəpik) manat əsas borc, 304.72 (üç yüz dörd manat yetmiş iki qəpik) manat faiz borcu, ümumilikdə 10424.12 (on min dörd yüz iyirmi dörd manat on iki qəpik) manat kredit borcu və ödənilmiş 121.27 (bir yüz iyirmi bir manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “FİNCA Azerbaijan” X2 Bank Kredit Təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar