Məhkəmə qərarları › İş №2(051)-252/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-252/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-252/2024 24.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 3100 (üç min bir yüz) manat və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh uzun müddətdir ki, tanıyır. Onunla yaxşı münasibətləri var. Cavabdeh ondan 2700 (iki min yeddi yüz) manat məbləğində borc pul istəmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə qeyd olunan məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh də ondan aldığı borcu xx.xx.2023-cü il tarixədək qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Bundan sonra Cavabdeh əlavə olaraq iddiaçıdan 400 manat məbləğdə borc pul almış və bu barədə ona borcu olduğu telefon vasitəsilə səs göndərərək təsdiq etmişdir. Lakin cavabdeh hazırda ondan borc aldığı cəmi 3100 (üç min bir yüz) manat məbləğdə borcu qaytarmaqdan imtina edir. O, dəfələrlə cavabdehdən borcunu qaytarmağını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Odur ki, iddia ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, iddia tələbini etiraf edir, İddiaçı cəmi 3100 manat məbləğində borc olaraq pul almışdır. Bununla bağlı qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Təqdim olunan səs yazısı ona məxsusdur. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşin müəyyən olmuş halları xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2700 (iki min yeddi yüz) manat məbləğində borc pul almış və xx.xx.2023-cü il tarixədək qaytarması barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında tərəflərin iştirakı ilə iş materialında olan xx.xx.2023-cü il tarixli səs yazısı dinlənilmiş, Cavabdeh borcun etirafına dair səs yazısının ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh izahatından görünür ki, o, İddiaçı cəmi 3100 (üç min bir yüz) manat borc pul almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflər arasında olan işin müəyyən olunmuş hallarına qiymət verərəkiddiaçının cavabdehə 3100 mant pul verdiyini, cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, 3100 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3100 manat pul vəsaiti və 51 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar