Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-255/2025 05.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Cavabdeh: Cavabdeh2, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 (maraqlı tərəf: Mingəçevir şəhər 1 saylı Notariat Kontoruna) qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair Məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. İddiaçı, Cavabdeh1 və maraqlı tərəf Mingəçevir şəhər 1 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bununla belə İddiaçı teleqram göndərərək işin onun iştirakı olmadan baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 və maraqlı tərəf Mingəçevir şəhər 1 saylı Notariat Kontoru isə işdə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin, onun nümayəndəsinin izahatını, ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ərizənin geri qaytarılmasını tələb etdiyindən və cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qəbz əsasında dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 101,4 (bir yüz bir manat, qırx qəpik) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-255/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-255/2025
05.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver