Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-257/2024 29.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: X5 qanuni nümayəndəsi (anası) İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Möhübalı oğluna, Cavabdeh3 və X2 qarşı miras əmlakdan payın müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Möhübalı oğluna, Cavabdeh3 və X2 qarşı miras əmlakdan payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X10 iddiaçının doğma qızıdır. Belə ki, təmsil etdiyi şəxs Cavabdeh1 ilə xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Fatimə və xx.xx.2013-cü ildə Əsmər adlı qızları olmuşdur. 06 avqust 2021-ci ildə qaynanası, Cavabdeh1 anası X11 ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını qızı X12ma vəsiyyət etmişdir. 22 sentyabr 2021-ci ildə qaynanası Raya Səfərova vəfat etmişdir. Mingəçevir şəhər məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(051)-905/2023 saylı qətnaməsi ilə Cavabdeh1 ilə onun arasında xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 327 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra xx.xx.2012-ci il tarixdə doğulmuş Fatimə və xx.xx.2013-cü il tarixdə doğulmuş Əsmər adlı uşaqlarının onun yanında qalmaları qət edilmişdir. Təmsil etdyi şəxs 29 mart 2023-cü il tarixdə vəsiyyətnaməni təqdim edərək vərəsəlik şəhadətnaməsi üçün Notariat Ofisinə müraciət etmişdir. Mingəçevir şəhəri Xətai küçəsi 12 saylı evin 18 saylı mənzilinə X6 qeydə alınmış mülkiyyət hüququna dair Çıxarışı təqdim etdikdən sonra Notariat Ofisi 18 may 2023-cü il tarixdə ixtilaf səbəbindən vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Ona görə də, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində vəsiyyətnamə üzrə X5 miras payının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə təkrar rəsmi qaydada təkrar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 75,30 kv.m. olan mənzil üzərində X6 xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan vəsiyyətnamənin surətindən görünür ki, X11 özünə məxsus bütün əmlakını, cümlədən daşınar və daşınmaz əmlaklarını X7 vəsiyyət etmişdir. İşdə olan X9 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə, tərəflərin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, X11 ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını qızı X12ma vəsiyyət etmişdir. 22 sentyabr 2021-ci ildə qaynanası Raya Səfərova vəfat etmişdir. 29 mart 2023-cü il tarixdə vəsiyyətnaməni təqdim edərək vərəsəlik şəhadətnaməsi üçün Notariat Ofisinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də iddiaçı tərəf miras payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, miras qoyan 22 sentyabr 2021-ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, mübahisəli mənzil miras qoyanın mülkiyyətidir. Ona görə də həmin mübahisəli mənzil tam olaraq miras qoyan X6 miras toplusuna daxil edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışa əsasən, ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 75,30 kv.m. olan mənzil miras qalmışdır. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulduğuna görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə, hesab edir ki, miras qoyanın birinci növbəli vərəsələri qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Ona görə də X1 miras qalmış əmlaklar onun vərəsələrinə vəsiyyət üzrə vərəsəlik qaydasında keçməlidir. Həmçinin məhkəmə hesab edir ki, cavabdehlər mirasdan məcburi pay almaq hüququ olan birinci növbəli vərəsə kimi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində vəsiyyətnamə üzrə X5 miras payı ½ hissədə müəyyən edilməlidir. Məhkəmə Notariat Ofisinin vərəsələr arasında ixtilaflar olması və mirasın qəbul etmə müddətinin keçirilməsi səbədən imtinasına hüquqi qiymət verərək aşağıdakılar qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edir ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir. Eyni hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir:- müdaxilənin hüquqi əsası olmalıdır;- müdaxilə ictimai maraqlara cavab verməlidir;- müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır. Odur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu etmişdr ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Yuxarıda göstərilənləri və Konstitusiyanın birbaşa hüquqi qüvvəyə malik olması barədə 147-ci maddəsinin İİ hissəsinin tələbini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir; - Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlim və X1 miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində vəsiyyətnamə üzrə X5 miras payı ½ hissədə müəyyən edilməlidir. Cavabdehləri birinci növbəli vərəsə olmaqla miras əmlakdan məcburi pay hüquq ollmalar izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində vəsiyyətnamə üzrə X5 miras payı ½ hissədə müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Möhübalı oğlu, Cavabdeh3 və X3 qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-257/2024
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-257/2024
29.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver