Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2573/2024 29.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında araşdırıb M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, X2 mərhum X3 atası, X4 əri olması faktının müəyyən olunması, ünvan 1 ünvanda 0.0559 ha torpaq sahəsində yerləşən 167.2 kv.metr sahədən ibarət fərdi yaşayış evinin ½ hissəsinə X4 payının müəyyən edilməsi, ünvan 1 ünvanda 0.0559 ha torpaq sahəsində yerləşən 167.2 kv.metr sahədən ibarət fərdi yaşayış evinin ½ hissəsindən ibarət X1 miras qalmış əmlakda X6 və X3 hər birinə 1/3 hissə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürərək X2 mərhum X3 atası, X4 əri olması faktının müəyyən olunması, ünvan 1 ünvanda 0.0559 ha torpaq sahəsində yerləşən 167.2 kv.metr sahədən ibarət fərdi yaşayış evinin ½ hissəsinə X4 payının müəyyən edilməsi, ünvan 1 ünvanda 0.0559 ha torpaq sahəsində yerləşən 167.2 kv.metr sahədən ibarət fərdi yaşayış evinin ½ hissəsindən ibarət X1 miras qalmış əmlakda X6 və X3 hər birinə 1/3 hissə miras payının müəyyən edilməsini tələb etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçının, cavabdehdən tələb etdiyi X2 mərhum X3 atası, X4 əri olması faktının müəyyən olunması ayrıca və xüsusi icraat qaydasında baxılmalı olan tələbdir. Belə ki, AR MPM-nin 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Qanunvericiliyin tələbinə əsasən belə olan halda qeyd olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında tələbə xüsusi icraat qaydasında baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda müəyyən edilən halları və nöqsanları aradan qaldırdıqdan sonra, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsində göstərilmişdir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2024-cü il tarixdə saat 11:43:40-da Azərpoçt MMC-nin Mingəçevir şəhərində yerləşən filialına, ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2573/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2573/2024
29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver