Məhkəmə qərarları › İş №2(051)-259/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-259/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-259/2021 13.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə cavabdehdən 2190,79 manat əsas kredit borcu, 275,89 manat faiz borcu olmaqla, cəmi 2466,68 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 22 faiz olmaqla 36 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq Cavabdeh xx.xx.2019xx.xx.2021-ci il ərzində hər ay krediti faizləri ilə birlikdə sabit olaraq 116,89 manat qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, borcunun bir qismini ödəsə də, qalan borcunu ödəməmişdir. Nəticədə, onun 2190,79 manat əsas kredit borcu, 275,89 manat isə faiz borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq cavabdehdən 2190,79 manat əsas kredit borcu, 275,89 manat faiz borcu olmaqla, cəmi 2466,68 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı “xxxx” ASC–nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etdi və məhkəmə iclası zamanı bildirdi ki, “xxxx”-la xx.xx.2018-ci il tarixli ******* saylı müqaviləni bağlayan zaman işləyirdi. Ancaq hazırda heç yerdə işləmir. Ona görə də bu öhdəliyi ödəməyə imkanı yoxdur. Öhdəliyindən imtina etmir. İmkanı olan kimi banka olan borcunu ödəməyə başlayacaqdır. Odur ki, məhkəmədən qeyd etdiyi halları nəzərə alaraq qətnamənin çıxarılmasına xahiş edir. Məhkəmə, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank cavabdehə illik 22 faiz olmaqla 36 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh kredit məbləğinin xx.xx.2019-xx.xx.2021-ci il ərzində hər ay 116,89 manat olmaqla ödənilməsinə razı olmuşlar. Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xx xxxx 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan “xxxx” ASC-yə aid maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh banka olan əsas borcu 2190,79 manat, faiz borcu 275,89 manat olmaqla, cəmi borcu 2466,68 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 22 faiz olmaqla 36 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq Cavabdeh hər ay krediti faizləri ilə birlikdə xx.xx.2019-xx.xx.2021-ci il ərzində hər ay 116,89 manat qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, nəticədə onun 2190,79 manat əsas kredit borcu, 275,89 manat isə faiz borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh hazırki vaxtadək iddiaçı banka 2190,79 manat əsas kredit borcu, 275,89 manat isə faiz borcu qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi əsaslıdır. Odur ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu kimi 2190,79 manat, faiz borcu kimi 275,89 manat olmaqla, cəmi 2466,68 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 2190,79 (iki min yüz doxsan manat yetmiş doqquz qəpik) manat əsas kredit borcu, 275,89 (iki yüz yetmiş beş manat səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2466,68 (iki min dörd yüz altmış altı manat altmış səkkiz qəpik) manat məbləğində pul alınıb “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat pul alınıb iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar