Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2591/2025 23.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı ətraf mühitə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ətraf mühitə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində təbiətə vurduğu 380 (üç yüz səksən) manat məbləğində pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X1, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab Nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya – XHK 2195301, D3. Büdcə Təsnifatının kodu-142595 D4. Büdcə əməliyyatlarının kodu-3,) köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 iyul 2025-ci il tarixli, 18 nömrəli monitorinq aktında göstərilənlər əsasında İdarə əməkdaşları tərəfindən aparılmış yerində araşdırma zamanı ünvan 1 ünvanında yerləşən avtoservisin həyətində yaş halda 2 (iki) ədəd Melia cinsli ağacın kök boğazından kəsildiyi aşkar olunmuşdur. Araşdırma zamanı Cavabdeh tərəfindən təqdim olunmuş yazılı izahata əsasən, ağacları ehtiyatsızlıqdan kəsdiyini bildirmiş, o, yerində yeni ağaclar əkəcəyini və aqrotexniki qulluq göstərəcəyini qeyd etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsinə görə, təbiətə 380 (üç yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. Ziyanlıq məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə əsasında hesablanmışdır. Bundan əlavə, fakt üzrə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 ( iki min) manat məbləğində cərimə olunmuşdur. Cavabdeh tərəfindən qanunsuz ağackəsmə nəticəsində dövlət əmlakına maddi ziyan vurulduğundan, vurulmuş ziyanın ödənilməsi qanunvericiliyə əsasən təmin edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 07 iyul 2025-ci il tarixli, 18 nömrəli monitorinq aktına əsasən 8 saylı RETSİ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, X.Şuşinski 1/2 ünvanında yerləşən avtoservisin həyətində 2 ədəd, diametrləri 20 sm və 23 sm olan “Melia” cinsli ağacın kök dib hissəsindən kəsilərək məhv edilməsi faktı aşkar olunmuşdur. İşdə olan Cavabdeh tərəfindən yazılmış izahata əsasən, Mingəçevir şəhəri, X.Şuşinski 1/2 ünvanında yerləşən avtoservisin həyətində 2 ədəd ağacı kök dib hissəsindən ehtiyatsızlıqdan kəsdiyini bildirmiş, həmin ağacların yerinə başqa ağac əkib aqrotexniki qulluq göstərəcəyini qeyd etmişdir. İşdə olan Mingəçevir şəhəri, X.Şuşinski 1/2 ünvanında yerləşən avtoservisin həyətində 2 ədəd 20 sm və 23 sm diametrli “Melia” cinsli ağacın kök hissəsindən kəsilərək məhv edilməsi nəticəsində təbiətə dəymiş zərərin hesablanması cədvəlinə əsasən təbiətə 380 (üç yüz səksən) manat məbləğində zərər dəymişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, Mingəçevir şəhəri, X.Şuşinski 1/2 ünvanında yerləşən avtoservisin həyətində xx.xx.2025-ci il tarixdə 2 ədəd “Melia” cinsli yaş halda ağacın kök dib hissədən kəsilərək məhv edilməsi faktı aşkar olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-519/2025 saylı qərarından görünür ki, Cavabdeh 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-285/2025 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 3(051)-519/2025 nömrəli qərarının verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, X.Şuşinski 1/2 ünvanında yerləşən avtoservisin həyətində 2 ədəd “Melia” cinsli yaş halda ağacı kök dib hissədən kəsərək məhv etmiş, nəticədə təbiətə 380 (üç yüz səksən) manat məbləğində zərər dəymişdir. xx.xx.2025-ci il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Cavabdeh həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, onun şikayəti Mingəçevir Şəhər Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanmışdır. Ona görə də həmin qərar qanuni qüvvəsini almış və hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh inzibati xəta hadisəsi törətməsinə görə təqsirli bilinərək cərimə edilmişdir. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 380 manat məbləğində pul alınaraq İddiaçı hesabına köçürülməlidir. İddiaçı hüquqi şəxs müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən 30 (otuz) manat məbləğində pul alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 380 (üç yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı hesabına (X1, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab Nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya – XHK 2195301, D3. Büdcə Təsnifatının kodu-142595 D4. Büdcə əməliyyatlarının kodu-3,) köçürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2591/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2591/2025
23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver