Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-261/2023 03.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı miras əmlakın onun və uşaqları tərəfindən qəbul edilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh Mingəçevir şəhər “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı miras əmlakın onun və uşaqları tərəfindən qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında İddiaçı nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı Lamiyə X2 ilə faktiki ailə münasibətlərinə daxil olmuş, nikahılarını 14 may 2011-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeyd etdirməklə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından iki nəfər-04 oktyabr 2009-cu il təvəllüdlü Nazpəri və 15 yanvar 2011-ci il təvəllüdlü Heydər adlı uşaqları doğulmuşdur. Uşaqlar yetkinlik yaşna çatmamış, iddiaçının himayəsindədirlər. Birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini-Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən, X4 Şəhadətnaməsinə əsasən 02B0307 Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 1999-cu il istehsal tarixli avtomobili əldə etmişlər. İddiaçənən əri X19 01 sentyabr 2021-ci il tarixdə vəfat etdi. İddiaçı mərhum ərinin ölümündən sonra birgə nikahları dövründə əldə etdikləri ərinin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini, 02B0307 Qeydiyyat nişanlı, VAZ 21074 markalı, 1999-cu il istehsal tarixli avtomobil miras qaldı. Hazırda iddiaçı ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yaşayır, avtomobil də həyətdədir, hər iki əmlak faktiki iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı mirasın qəbul edilməsi vaxtını ötürməmişdir. İddiaçının əri X19 vəfat etdikdən sonra altı ay müddət keçməmiş Mingəçevir Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisində olmuş, iddiaçıya lazımi sənədlərin toplanılması təklif edilmşdir. İddiaçı Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə müraciət edib, mərhum əri Anarın qanun üzrə birinci növbə vərəsələrin dairəsi, ailə tərkibi haqqında arayış alaraq Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə təqdim etmişdir. Ailə tərkibi haqqında arayışda iddiaçı və uşaqlarından başqa digər şəxsin adının olmamasına baxmayaraq, Notariat Ofisindən bildirdilər ki, Anarın valideynləri ölübsə ölüm kağızını, sağdırsa miras paydan sənin xeyrinə imtina barədə ərizələri olmalıdır. İddiaçı əri Anarın anası X7 ölüm haqqında şəhadətnaməsini təqdim etmiş, bundan sonra Anarın atası Cavabdeh2 harada olması və onun razılıq ərizəsini iddiaçıdan tələb etdilər. Anarın yas mərasiminə belə atası Vidadai gəlməmişdir. Uzun müddət bundan əvvəl Anarın atası ilə anası boşanıblar. İddiaçının mərhum əri Anarın atası Cavabdeh2 harada yaşaması Anarın özünə belə məlum deyildi, heç bir əlaqələsi olmamışdır. İddiaçı mərhum əri X19 ilə birgə nikah dövründə əldə etdikləri əmlakları adına rəsmiləşdirə bilmir. Hesab edir ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi qanunları pozaraq iddiaçıya vərəsəlik haqqında şəhadətnaməni vermir. Cavabdeh2 iddiaçının mərhum əri X8 miras qalmış əmlakları faktiki sahibliyinə qəbul etməmiş, ya da ki, miras əmlakın qəbulu ilə bağlı Notariat ofisinə müraciət etməmişdir. İddianın təmin olunmasını, iddiaçını mərhum əri X8 miras qalmış ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini, 02B0307 qeydiyyat nişanlı “VAZ 21074” markalı, avtomobili yalnız iddiaçı və uşaqları X14 və X20 tərəfimdən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mingəçevir regional ”Asan xidmət” Mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Üçüncü şəxs Cavabdeh2 sonuncu qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadn baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsi,vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X5 arasında 14 may 2011-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 202 №-li nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın Quliyeva soyadını qəbul etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 sentyabr 1981-ci il təvəllüdlü X11 atası Cavabdeh2, anası X12r. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 04 oktyabr 2009-cu il təvəllüdlü X14 və 15 yanvar 2011-ci il təvəllüdlü X13 atası X19, anası X3r. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 07 noyabr 2020-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 01 sentyabr 2021-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli 05/Q-552/15 №-li arayışdan görünür ki, X11 vərəsələri arvadı İddiaçı, övladları X20 və X9r. İşdə olan Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin məhkəmənin sorğusuna 03 mart 2023-cü il tarixli cavab məktubunda göstərilir ki, ünvan 3 ünvanda yaşamış, xx.xx.2021-ci ildə vəfat etmiş X8 qalmış mirasa vərəsəlik işi açılması üçün xx.xx.2021-ci il tarixdə Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraşiət etmiş və həmin tarixdə bununla bağlı V-413/2021 saylı vərəsəlik işi açılmışdır. X1 və X6 qanuni nümayəndəsi olan anaları İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi ilə mirası qəbul etmişdirlər. Digər vərəsələin olması barədə notariat ofisinə heç bir məlumat daxil olmamışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Şəfa küçəsi 19-cu döngə, 23 torpaq sahəsi X11 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan nəqliyyat vəsiqəsinin qeydiyyat şəhdətnaməsinin surtndən görünür ki, “VAZ-2107” markalı 02 BO307 dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X15r. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2253 nömrəli iddiaçıya cavab məktubundan görünür ki, İddiaçı mirasın bölüşdürülməsi üçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1157.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, arvad(ər), valideynlər bərabər hüquqlu, birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasın açılması, ya da şəxsin vərəsəlik hüququ əldə etməsi mirası əldə etmək üçün kifayət etmir. Göstərlən hüuqi faktlar şəxsə yalnız miras əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmək qanunvericiliklə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyat keçirir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və “VAZ-21074” markalı 02 BO307 dövlət qeydiyyat nişanlı avtomaşın X10 mülkiyyətində olmuşdur. Anar Quliyev xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı və onun uşaqları Anar Quliyevin birinci növbəli vərəsələridir. İdiaçı uşaqları ilə birlikdə əmlaka sahiblk etməklə, əmlakları idarə etməklə mirası faktiki olara qəbul etmişdir. Həmçinin, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə ərizə ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı X8 miras qalmış ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin və “VAZ-21074” mrkalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi İddiaçı və uşaqları X14, X20 tərəfindən qəbul edilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. X8 miras qalmış ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin və “VAZ-21074” mrkalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi yalnış İddiaçı və uşaqları X14, X20 tərəfindən qəbul olunması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-261/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-261/2023
03.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver