Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2639/2023 07.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı cavabdeh Mingəçevir ASAN xidmət mərkəzi Notariat ofisinə qarşı miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir ASAN xidmət mərkəzi Notariat ofisinə qarşı miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və mülkiyyət hüququnun tanınması tələbi haqqında iddia qaldıraraq, məhkəmədən atası X1 məxsus Mingəçevir AVTOMOTOSERVİS ASC-dən ibarət miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və mülkiyyət hüququnun tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi “Notariat haqqında” Qanuna əsasən notariuslar tərəfindən icra edilir. Buna görə də, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Bununla belə iddiaçıya izah edilsin ki, vərəsəlik hüququ haqqında şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 276-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh Mingəçevir ASAN xidmət mərkəzi Notariat ofisinə qarşı miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və mülkiyyət hüququnun tanınması tələbi haqqında iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2639/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2639/2023
07.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver