Məhkəmə qərarları › İş №2(051)-2666/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2666/2023

09.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2666/2023 09.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh və 3-cü şəxs X1 qarşı qanunsuz ticarətin dayandırılması və yeraltı keçidin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh və 3-cü şəxs X1 qarşı qanunsuz ticarətin dayandırılması və yeraltı keçidin boşaldılması tələbi haqqında iddia qaldıraraq, məhkəmədən Cavabdeh və 3-cü şəxs X2 tərəfindən qanuna zidd olaraq yeraltı keçiddə apardıqları qanunsuz ticarətin dayandırılması və yeraltı keçidin boşaldılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qanunsuz ticarətin dayandırılması və yeraltı keçidin boşaldılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçının göstərilən tələbə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ qanunda nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə -səksən manat məbləğində cərimə edilir “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Fərmanının 4.5-ci bəndinə əsasən İXM-in 28.1, 57.3, 59.2-ci maddələrində, 154.1-ci maddəsinin birinci cümləsində, 154.1-1-ci maddəsində (birinci halda), 154.1-2-ci maddəsinin ikinci cümləsində, 154.9, 168, 395.1ci (birinci halda) maddələrində, 395-ci maddəsinin “Qeyd” hissəsində (birinci halda), 454, 531.1, 531.2 və 608.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Sözügedən Fərmanın 5.53-cü bəndində əsasən İXM-in Məcəllənin 454 və 455.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır Göründüyü kimi iddiaçı tərəf cavabdeh və 3-cü şəxsin qanunsuz küçə ticarəti etdiyini müəyyən etdikləri halda, barələrində İXM-nin müvafiq maddəsi ilə inzibati icraat başlamalı olduqları halda, birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bununla belə iddiaçıya izah edilsin ki, qanunsuz küçə ticarətinin müəyyən edildiyi halda Azərbaycan Respublikasının İXM-in 454-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının inzibati icraat başlamaq hüquqları vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 276-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh və 3-cü şəxs X1 qarşı qanunsuz ticarətin dayandırılması və yeraltı keçidin boşaldılması tələbi haqqında iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya qanunsuz küçə ticarətinin müəyyən edildiyi halda Azərbaycan Respublikasının İXM-in 454-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının inzibati icraat başlamaq hüquqları izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar