Məhkəmə qərarları › İş №2(051)-2667/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2667/2023

07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2667/2023 07.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı Mingəçevir şəhər Kommunal Təsərrüfatı İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq Müəyyən etdi : İddiaçı Mingəçevir şəhər Kommunal Təsərrüfatı İB Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı Mingəçevir şəhər Kommunal Təsərrüfatı İB-nin rəisi Şəhriyar Mustafayev məhkəməyə ərizə verərək ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən iddiaçı Mingəçevir şəhər Kommunal Təsərrüfatı İB–nin iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.9, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, Qərara aldı : İddiaçı Mingəçevir şəhər Kommunal Təsərrüfatı İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar