Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-27/2021 02.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı Səlimova Rəvanə Tofiq qızı, vəkil Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Səlimova Rəvanə Tofiq qızının cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı evə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Səlimova Rəvanə Tofiq qızı cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evə çəkilmiş 60000(altmış min) manat xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azadılması barədə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada 50000 manat pulun dörddə üç hissəsi olan 34000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 ilə 11 noyabr 2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahlarından bir uşaqları anadan olmuş, ailə qurduqdan sonra Mingəçevir şəhəri 10-cu bağ massivi 77-ci ünvanda torpaq sahəsi almışlar. Həmin torpaq sahəsi üzərində valideynnlərinin və bacısının maddi köməyi ilə sahəsi 108,9 kvm olan 3 otaqlı ev tikmişlər. 2019-cu ilin yanvar ayının ortalarına qədər həmin ünvanda yaşamış, ev uzaqda yerləşdiyi və Tural evə gec gəldiyi üçün Turalın təklifi ilə şəhərə köçüb kirayə yaşamağa məcbur olublar. Kirayə ev tutandan sonra ailə münasibətləri pisləşmiş və 2019cu ildə Turalla nikahları pozulmuşdur. Nikahları pozulmazdan əvvəl Tural pul borcu olduğunu bildirərək torpağın bir hissəsinin satılmasına razılıq verməsini xahiş etmiş, o da inanıb torpağın bir hissəsinin satılmasına razılıq vermiş, bu məqsədlə Mingəçevir regional “Asan xidmət” Mərkəzində notarial kontorunda olmuşdur. Kirayədə yaşadıqları vaxt bəzi əşyaları götürmək üçün evə gedəndə, evdə başqa adamları gördü, Onlardan kim olduqlarını, evə necə girdiklərini soruşduqda, bildirdilər ki, həmin evi sahibindən alıblar. Aralarında mübahisə yarandı. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 onun xəbəri olmadan birgə nikah müddətində tikdirdikləri Mingəçevir şəhəri 10-cu bağ massivi 77-ci ünvanda yerləşən evi 27 iyul 2018-ci il tarixdə digər cavabdeh Cavabdeh2 satmışdır. Bundan sonra isə həmin ev R.Qurbnov tərəfindən Cavabdeh3 satılmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ev tikilərkən və təmir edilərkən 50.000 manatdan artıq pul xərcləndiyinə görə uşağın mənafeyi nəzərə alınmaqla 2/3 hissə olan 34.000 manat pulun cavabdehlərdən alınıb ona verilməsini xahiş edir. İddiaçının vəkili Nümayəndə da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışında cavabdeh Cavabdeh1 iddianə qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır, onunla aralarında olan nikah 2019-cu ildə pozulmuşdur. Nikahları pozulmazdan əvvəl torpaq sahəsi almışlar və Mingəçevir şəhəri 10cu bağ massivi küçə 77-ci ünvanda yerləşən həmin torpaq sahəsində ev tikmişlər. O, pul borclu olduğu üçün , həm də bağ sahəsi uzaqda yerləşdiyinə görə həmin bağ sahəsini satıb borcu ödəmək, əgər pul qalarsa başqa bir ev almaq qərarına gəlmişlər. Bu məqsədlə onlar evi 2018-ci ildə Cavabdeh2 satmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və X4 məlumat verilmiş, cavabdeh M.Əsgərov məhkəməyə gəlməmiş, Cavabdeh2 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və M.Əsgərovun iştirakı olmadan baxılması mümkündür. İş üzrə əvvəlki məhkəmə iclasında izahat vermiş cavabdeh Qurbanov Rövşən Oqtay oğlu göstərmişdi ki, o, iddianı qəbul etmir və əlavə olaraq bildirdi ki, Mingəçevir şəhəri 10cu bağ massivi küçə 77-ci ünvanda yerləşən evi Cavabdeh1 notariat qaydasında bağlamış alqı-satqı müqaviləsinə əsasən almışdır və iddiaçı müqavilə bağlanarkən müqavilənin bağlanmasında iştirak etmiş, yazılı razılığını bildirmişdir. Evi aldıqdan az bir müddət sonra X1. İş üzrə şahid kimi dindirilmiş X6 ifadə verərək bildirdi ki, İddiaçı bacısı Xədicə xanımgilin evində çox işləyib. Bununla əlaqədar iddiaçı ilə də tanış olub. İddiaçının evinin üstünü o, örtüb, 1800 manat usta haqqını isə iddiaçının yeznəsi, yəni Xədicənin həyat yoldaşı Vüqar verib. X2 ifadəsində göstərdi ki, o, iddiaçı Rəvanənin yeznəsidir və evin içərisini o, təmir etmişdir. X3 şahid kimi ifadə verərək bildirdi ki, o, usta işləyir, Vüqarla bacanaqdır, Rəvanənin yeznəsidir, evin içərisinin təmiri işlərində iştirak etmiş, santexnik işlərini o görmüş, zəhmət haqqını Vüqardan almışdır. Məhkəmə tərəfləriin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş X11 ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsi Q.S.Hacıyev tərəfindən T.V. Səlimova satılmışdır. İşə əlavə edilmiş DƏDRX-nin 07.11.2014-cü il tarixli Çıxarışından görünür ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda 0,0459 ha sahədə yerləşən sahəsi 1089,9 kv olan bağ evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən bağ evi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. İşdə olan DƏDRX-nin 01.08.2018-ci il tarixli Çıxarışının surətindən məlum olur ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsi Cavabdeh2 Oqtay oğlunun mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə surətindən məlum olur ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsi Cavabdeh2 Oqtay oğlu tərəfindən Cavabdeh3 satılmışdır. Məhkəmənin sorğusuna əsasən Mingəçevir regional “Asan xidmət” Mərkəzində Notariat Ofisindən alınmış sənədləri araşdırarkən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Tofiq qızı Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən həyat yoldaşı Cavabdeh1 məxsus olan torpaq sahəsinin satılmasına razılıq vermişdir. Mingəçevir şəhər məhkəməsinin 10.08.2020-ci il tarixli 2(051)-6320 saylı işə əlavə edilmiş qərardadının surətindən görünür ki, məhkəmə tərəfindən iş üzrə tikinti texniki ekspertizası təyin edilmişdir. Məhkəmənin qəradadı ilə təyin edilmiş məhkəmə ekspertizasının eksperti tərəfindən tərtib edilmiş 29 mart 2021-ci il tarixli 10/2352 №-li ekspert rəyi ilə müəyyən edilir ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda inşa edilmiş yaşayış evində aparılmış tikinti-təmir işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 49177,3 manat məbləğində müəyyən olunur. Məhkəmə işin materiallarının ümumi araşdırılmasından sonra belə qənatə gəlir ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə nikahları müddətində əldə edilmiş, eyni zamanda birgə nikah müddətində qarşılıqlı razılıqlar əsasında satılmışdır. Torpaq sahəsi iddiaçı və Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada satıldığına görə həmin torpaq sahəsinin alıcıları vicdanlı alıcılardır və onların hüquqları məhdudlaşdırıla bilməz. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvandakı torpaq sahəsi üzərindəki evin tikilməsinə çəkilən xərclər ümumi əmlakdan çəkilən xərclər hesab edilməli və tərəflər arasında bərabər bölünməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilir ki, nikah müddətində əldə etdikləri əmlak onların birgə ümumi birgə mülkiyyəti hesab olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.3-ci maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Mingəçevir şəhəri 10-cu bağ massivi küçə 77-ci ünvanda yerləşən torpaq sahəsinin satılmasına razılıq versə də həmin torpaq sahəsi üzərində birgə nikah zamanı əldə edilmiş vəsaitin hesabına inşa edilmiş rəsmi qeydiyyata alınmamış evin özgəninkiləşdirilməsinə razılıq verməmişdir. Qiyməti ekspert rəyi ilə 49117,3 manat müəyyən edilən həmin ev Cavabdeh1 tərəfindən satılmış, lakin əldə edilmiş vəsaitdən İddiaçı hər hansı məbləğdə pul verilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, birgə nikah müddətində qazanılmış vəsait hesabına inşa olunmuş evin satışından əldə edilmiş 49117, 3 manat pulun ikidə bir hissəsi, yəni 24558(iyirmi dörd min beş yüz əlli səkkiz) manat Cavabdeh1 Namizəd oğlundan alınıb İddiaçı qızına verilmişdir. Məhkəmə, həmçinin, hesab edir ki, iddia digər cavabdehlər Cavabdeh2 və X4 münasibətdə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ekspertiza xərci olan 100(bir yüz) manat Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 24558 manat tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100(bir yüz) manat Cavabdeh1 alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin: Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-27/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-27/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver