Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2718/2023 12.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı (cavabdeh): İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması tələbinə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiaları üzrə mülki işlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması tələbinə dair məhkəmədə iddia qaldıraraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hər iki mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması tələbinə dair 2(051)-2717/2023 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(051)-2718/2023 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə iclası zamanı tərəflər hər iki mülki işin bir icraatda birləşdirilərək birlikdə baxılmasına etiraz etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-2717/2023 saylı mülki iş, 2(051)-2718/2023 saylı işlə birləşdirilməli və hər iki işə 2(051)-2717/2023 saylı mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin -169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. -169.4-cü maddəsinə əsasən bu maddədə göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması tələbinə dair 2(051)-2717/2023 saylı mülki iş və Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Allahverdi İbrahim oğlunun Cavabdeh qarşı pul dair 2(051)-2718/2023 saylı mülki iş məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan bir icraatda birləşdirilməli və birləşdirilmiş işin 2(051)-2717/2023 saylı qeydiyyat nömrəsi saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması tələbinə dair 2(051)-2717/2023 saylı, iddiaçı Allahverdi İbrahim oğlunun Cavabdeh qarşı pul dair tələbinə dair 2(051)-2718/2023 saylı mülki işlər bir icraatda birləşdirilsin. Mülki işə 2(051)-2717/2023 nömrəsi verilsin. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-2718/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2718/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver