Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-272/2021 15.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 3372 manat və dövlət rüsumu kimi ödənmiş 30 manat məbləğində pul Cavabdehdan tutularaq Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasınıda 3 ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıç kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdir 12. 12.2018-ci il tarixdə 561 K saylı əmrlə Baş satıcı vəzifəsinə keçirilmişdir. 19. 07.2019-cu il tarixdə 308 K saylı əmrlə Administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində öz ərizəsi əsasında 564-K saylıəmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtıərzində bilavastə iş yerində intizam xəyasına yol vermişdir. Belə ki,xx.xx.2019-cu il tarixldə Oba-Y.Yasamal 20 mağasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərəz vurması müəyyən edilmiş xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair aktlara əsasən 3668 manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Ona görədə 3372 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-ə ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş əmək meqaviləsindən görünür ki, Cavabdeh 27.
09. 2018-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıçı-kassir vəzifəsinə işə qəbul edilmiş əmək haqqıştat cədvəlinə əsasən 153 manat müəyyən edilmişdir.
İddia ərizəsinə əlavə edilmiş vəzifə dəyişikliyi haqqında çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Baş satıçıvəzifəsinə keçirilmiş,əmək haqqı ştat cədvəlinə əsasən167 manat müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş vəzifə dəyişikliyi haqqında çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Administrator vəzifəsinə keçirilmiş, əmək haqqı 345 manat müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli 564-K saylı əmrdən görünür ki, Cəmiyyətin Şatış Departementinin Satış6 şöbəsinin Adminstratoru Cavabdeh ilə bağlanmışxx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 3372 manat borcu qalmışdır.Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh 27sentyabr 2018-ci il tarixdə «xxxx» MMC-də satcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Tutuduğu vəzifənin tələblərinə lazımi qaydada əməl etmədiyinə görə xx xxxxxx 2019-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Onun hazırki vaxta «xxxx» MMC-nə 3372 manat məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3372 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı bank hesabına ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutulub «xxxx» MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti hverilə bilər.
Hakim: Ələkbər Hüseynov