Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-275/2023 26.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-nin Mingəçevir filialına qarşı alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Mingəçevir filialından aldığı “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefonun eyni məbləğdə, eyni modeldə olan yeni mobil telefon ilə əvəz edilməsi və ya onun dəyəri olan 460.60 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 27 fevral 2021-ci il tarixdə "xxxx" MMCnin Mingəçevir filialından 426.60 manat dəyərində 1 ədəd “Samsung galaxy A10s” (SM- A107) markalı mobil telefonu 6 ay müddətinə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin vaxt qızıl zəmanət talonuna əsasən mobil telefona 2 il zəmanət verilmişdir. Mobil telefonu aldıqdan bir müddət sonra telefonun qüsurlu olduğunu görmüş və həmin vaxt "xxxx" MMC-nin Mingəçevir filialına müraciət edərək telefonun qüsurlu olduğunu, telefonun təmir edilməsini və ya yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə mobil telefonu 1807 nömrəli akta əsasən təmir olunması üçün göndərilmiş, buna baxmayaraq aradan uzun müddət keçsə də, telefon təmir olunmamış və ya yenisi ilə əvəz olunmamışdır. Bununla bağlı "xxxx" MMC-nin Mingəçevir filialına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, "xxxx" MMC-nin Mingəçevir filialından aldığı “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefonun eyni məbləğdə, eyni modeldə olan yeni mobil telefon ilə əvəz edilməsi və ya onun dəyəri olan 460.60 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdehin əsl cavabdehlə yəni "xxxx" MMC ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, telefonu aldıqdan 3 ay sonra telefonda nasazlıq baş vermişdir. Bundan sonra cavabdeh şirkətə yaxınlaşmış, ona kreditlə yeni telefon verilmişdir. Ele başa düşmüşdür ki, xarab olan telefonun əvəzinə yeni telefon verilmişdir. Lakin sonradan bilmişdir ki, onunla yeni müqavilə bağlanmışdır. Hazırda hər iki telefon üçün kredit ödənişi etməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması haqqında qərar qəbul edilməsini xahiş edirəm. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, buna baxmayaraq iddiaya dair etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçının cihazında istehlakçı tərəfindən istismar qaydasının pozulması nəticəsinə meydana gələn nasazlıq olmuşdur. Yəni cihaz mexaniki zədə almış, nəticədə cihaz sıradan çıxmışdır. İddiaçının qızıl zəmanəti olduğundan qızıl zəmanətin dəyəri olan 280 manat iddiaçıya yenidən istifadə üçün təqdim edilmişdir. Belə ki, iddiaçının ilkin məhsulu üçün qızıl zəmanətinin dəyəri 280 manat olmuşdur. Lakin iddiaçı, yeni cihaz alarkən daha bahalı cihaz seçmiş və ona "XİAOMİ REDMİ NOTE 11S 6GB/128GB GRAPHİTE GRAY" markalı yeni cihazı üçün qızıl zəmanət dəyərində endirim edilmişdir. Yəni 660 azn dəyərində olan yeni cihaza 280 manat məbləğində endirim edilmişdir. İddiaçının ilkin cihazında istehsalla bağlı qüsur olmamışdır, cihaz mexaniki zədə nəticəsində sıradan çıxmış və bu səbəbdən iddiaçıya qızıl zəmanətin dəyəri 100% həcmdə yenidən istifadə üçün təqdim edilmişdir. Bu zaman da, iddiaçı yeni və bahalı model mobil telefon əldə etmişdir. Yeni cihaza qızıl zəmanətin dəyəri həddində (280 manatlıq) endirim edilmişdir. Odur ki, iddiaçının cihazın təmir edilməməsi və ya ona yeni cihaz verilməməsi ilə bağlı iddia ərizəsində qeyd etdikləri tam əsassız və həqiqətə uyğun olmayan məlumatlardır. İddianın əsassız olması yuxarıda qeyd edilənlərlə və etiraza əlavə edilən, servis mərkəzinin texniki rəyi ilə təsdiqlənir. Etirazın əsası olan dəlillər iddiaçının yeni cihaz əldə etməsi və ilkin cihazının istismar qaydasının pozulması nəticəsində (mexaniki zədə) sıradan çıxmasını göstərən servis rəyidir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının hazırki iddiası əsassızdır və heç bir hüquqi əsası olmadığından rədd edilməlidir. Məhkəmə iclasında onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıya “Samsung galaxy A10s” markalı mobil telefon satmışdır. İşdə olan müqaviləyə edilmiş əlavədən görünür ki, iddiaçı “Samsung galaxy A10s” telefon üçün 18 ay olmaqla hər ay 23.70 azn ödəniş etməsi nəzərdə tutulmuşdur. işdə olan 1807 saylı, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefon təmir olunması üçün göndərilmişdir. İşdə olan 4126 saylı, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefon üçün 24 azn ödəmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli zəmanət talonundan görünür ki, malda qüsur istehlakçı tərəfindən yaranıb, yəni mexaniki zədələr, səhlənkar münasibət malın düzgün istismar edilməməsi və sair hallarda “Zəmanət talonu” tərtib olunmur və təmir ödənişli həyata keçirilir. İstehlakçı tərəfindən yaranan qüsura görə "xxxx" MMC heç bir məsuliyyət daşımır. İşdə olan xx.xx.2021-ci il tarixli qızıl zəmanət talonunun 6-cı bəndinə əsasən məhsula kənar (üçüncü) şəxs(lər), habelə kənar servis tərəfindən edilmiş müdaxilə nəticəsində onda hər hansı qüsur meydana gələrsə, zəmanət şərtləri qüvvədən düşür. 7-ci bəndinə əsasən məhsulun təmiri mümkün olmadığı halda, X1 mağazalarında istifadə etməsi üçün telefona ödənilən məbləğin 100 faizi həddində güzəşt bu şərtlə təqdim edilir ki, zəmanətə daxil olmayan korlanmış ehtiyat hissələrinin və aksessuarların məbləği tam ödənilsin. İşdə olan xx.xx.2022-ci il tarixli aparılan işlər barədə çıxarışdan görünür ki, “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefonda istifadəçi tərəfindən yaranmış nasazlıq-mexaniki təsir aşkar edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı 27 fevral 2021-ci il tarixdə "xxxx" MMC-nin Mingəçevir filialından 426.60 manat dəyərində 1 ədəd “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefonu 6 ay müddətinə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Mobil telefonu aldıqdan bir müddət sonra telefonu işlək vəziyyətdə olmadığından xx.xx.2022-ci il tarixdə mobil telefon 1807 nömrəli akta əsasən təmir olunması üçün göndərilmişdir. Cavabdeh şirkət isə təqdim edilən məhsulda mexaniki təsir aşkar etmiş, lakin iddiaçının qızıl zəmanəti olduğundan onun razılığı ilə qızıl zəmanətin dəyərinin 100 faizi həcmdə yenidən istifadə üçün təqdim edilərək ona 660 azn dəyərində olan yeni cihaza 280 manat məbləğində endirim edilmişdir. İddiaçının məhkəmə iclası zamanı verdiyi izahatlardan və cavabdehin etiraz ərizəsindən də görünür ki, iddiaçı öz razılığı ilə yeni telefonu kreditlə əldə etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 386.1-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinin tələbinə görə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Həmin Məcəllənin 583.2-ci maddəsinin tələbinə görə, Əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. Həmin Məcəllənin 588.1-ci maddəsinin tələbinə görə, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinin tələbinə görə, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh şirkət, müqavilələrə dair verilmiş həm zəmanət talonunun, həm də qızıl zəmanətin şərtlərinə uyğun olaraq məhsula mexaniki təsir olduqda zəmanət şərtləri qüvvədən düşmüş hesab edərək, qızıl zəmanətin şərtlərinə uyğun olaraq cavabdehə öz razılığı ilə endirimli qiymətə yeni cihaz təklif etmiş, cavabdeh isə təklifi qəbul edərək yeni cihazı kreditlə əldə etmişdir. Beləliklə cavabdeh tərəfindən qızıl zəmanətin şərtlərinə əməl edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-275/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-275/2023
26.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver