Məhkəmə qərarları › İş №2(051)-278/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-278/2022

11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-278/2022 11.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Alımzar Həmid qızının katibliyi İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh İsrəfil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İsrəfil oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh İsrəfil oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh İsrəfil oğlu ilə birgə nikahlarından 16 sentyabr 2006-cı il təvəllüdlü İsrəfil adlı bir nəfər uşağı doğulmuşdur. Cavabdehlə mübasibətləri pozulduğundan Mingəçevir şəhər məhkəməsinin 18 iyun 2007-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh İsrəfil oğlundan 16 sentyabr 2006-cı il təvəllüdlü İsrəfil adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 15 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Uşaq artıq böyümüş, onun maddi təlabatları da artmışdır. Müəyyən edilmiş aliment hazırda uşağın maddi tələbatını ödəmir. Uşağı saxlamaqda çətinlk çəkir. İşləmir, uşağı bu vaxta kimi valideynlərinin köməyi ilə saxlayırdı. Artıq valideynlərin maddi imkanı olmadığına görə uşağın saxlanılması üçün ona kömək edə bilmirlər. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 16 sentyabr 2006-cı il təvəllüdlü İsmayılov İsrəfil Saleh oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğdə alimentin Cavabdeh İsrəfil oğlundan alınıb ona verilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh İsrəfil oğlu iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Heç bir yerdə işləmir. İkinci dəfə ailə qurmuş, həmin evliliyindən də bir uşaqları doğulmuşdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16 sentyabr 2006-cı il təvəllüdlü İsmayılov İsrəfil Saleh oğlunun valideynləri Cavabdeh İsrəfil oğlu və X1r. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 07 avqust 2007-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin MƏ(051)-72/2007 saylı 18 iyun 2007ci il tarixli məhkəmə əmrindən görünür ki, Cavabdeh İsrəfil oğlundan 16 sentyabr 2006-cı il təvəllüdlü İsmayılov İsrəfil Saleh oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 15 manat aliment tutulub, X2 verilməsi barədə əmr verilmişdir. İşə əlavə edilmiş 5 №-li MİS-dən verilmiş 10 yanvar 2022-ci il tarixli arayışda göstərilir ki, Cavabdeh İsrəfil oğlu arasında X4 və 2014-cü il təvəllüdlü Zeynəb adlı qızı ilə birlikdə Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 13/1 №-li evin 05 №-li mənzildə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahlarından doğulmuş İsrəfil adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 18 iyun 2007ci il tarixli əmri ilə Cavabdeh İsrəfil oğlundan 16 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 15 manat aliment tutulub, X2 verilməsi müəyyən edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini, uşaqların yaşını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 16 sentyabr 2006-cı il təvəllüdlü İsmayılov İsrəfil Saleh oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh İsrəfil oğlundan tutulub, iddiaçı X2 verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh İsrəfil oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar