Məhkəmə qərarları › İş №2(051)-291/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-291/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-291/2022 07.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması»na dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında 22.09.2020-ci il tarixli 015A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 2631.65 manat məbləğində kredit borcu, 420.29 manat məbləğində faiz borcu və 613.17 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3665 (üç min altı yüz altmış beş) manat 11 (on bir) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 56.66 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh1 oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 22.09.2020-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsinə əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla 28 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3050 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 22.03.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 418.35 manat ödəniş etmiş və onun iddiaçıya 2631.65 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 17.01.2021-ci il tarixə 233 gün üçün hesablanmış faiz borcu 420.29 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 17.11.2021-ci il tarixə 233 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 613.17 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də məhkəmədən İddiaçı QSC ilə Cavabdeh1 arasında 22.09.2020-ci il tarixli 015A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 2631.65 manat məbləğində kredit borcu, 420.29 manat məbləğində faiz borcu və 613.17 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3665 (üç min altı yüz altmış beş) manat 11 (on bir) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 56.66 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinə və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bununla belə məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Cavabdeh1 onun oğludur. Bankdan borc götürərkən ona zamin olmuşdur. İmkanları zəif olduğundan borclarını ödəyə bilməmişlər. Hazırda isə iddia tələbində göstərilən cərimə məbləği ilə razı deyildir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş 22.09.2020-ci il tarixli, 015A********** nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 oğluna 2.0833% dərəcəsi ilə, 28 ay müddətinə 3050 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş 015G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Borc alanın 22.09.2020-ci il tarixli, 015A********** nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 oğlu 22 oktyabr 2020-24 yanvar 2023-cü il tarixləri ərzində aylıq 145-160.83 manat ödənişə razı olmuşdur. İşə əlavə olunmuş 09.22.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 oğlu 3050 manat məbləğində kredit götürmüşdür. İşə əlavə olunmuş 18 oktyabr 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, əsas məbləğ üzrə borc 2631.65 manat, faiz üzrə borc 420.29 manat, cərimə borcu 613.17, cəmi hesablanmış gecikdirilən günlərin sayı 233 gün və cəmi borc 3665.11 manat hesablanmışdır. İşə əlavə olunmuş xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 oğlundan cəmi 3661.2 manat məbləğində borcu banka ödəməsini, ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Sadalanan xüsusiyyətlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lazımi qaydada xəbərdar edilsə də pul öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı QSC-in verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 613.17 manat cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 613.17 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-in 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 10 manat miqdarda dəbbə pulu alınmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh1 oğlu, Cavabdeh2 2631.65 manat məbləğində kredit borcu, 420.29 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3061 (üç min altmış bir) manat 94 (doxsan dörd) qəpik məbləğində borc tutularaq İddiaçı QSC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 56.66 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 480-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 oğlu və Cavabdeh2 2631.65 manat məbləğində kredit borcu, 420.29 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3061 (üç min altmış bir) manat 94 (doxsan dörd) qəpik məbləğində borc tutularaq İddiaçı QSC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 56 (əlli altı) manat 66 (altmış altı) qəpik pul Cavabdeh1 oğlu və Cavabdeh2 tutulub İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar