Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-297/2021 07.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “xxxx” ASC iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh “xxxx” ASC-yə vurduğu 506.86 (beş yüz altı manat 85 qəpik) manat məbləğində maddi ziyanın ondan tutulub “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, X1 xidmət ərazisində Mingəçevir şəhəri, H.Əliyev prospekti, 42 saylı binanın qarşısında sürücü Cavabdeh ona məxsus olan “Paz” markalı **-BH-*** d.q.qn-lı avtobusu arxaya doğru idarə edərkən “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməyərək yaşayış zonasında hərəkət etmə qaydalarını pozaraq ehtiyatsızlıqdan orada olan işıq dirəyini vurub yararsız zonasında hərəkət etmə qaydalarını pozaraq ehtiyatsızlıqdan orada olan işıq dirəyini vurub yararsız hala salmışdır və nəticədə “xxxx” ASC-yə 506.85 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı 04.09.2020-ci il tarixdə “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin rəisi X4 şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək hadisəni törətmiş şəxsin müəyyən edilməsi və enerji təchizatı müəssisəsində dəymiş ziyanın ödənilməsinin təmin edilməsinə köməklik edilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar Mingəçevir şəhər PŞnin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı E.M.Şükürov tərəfindən aparılmış təhqiqat nəticəsində Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edilərək 14.09.2020-ci il tarixdə “cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərar 18.09.2020-ci il tarixli, 158-32518-1220 saylı müaşiətedici məktubla “Mərkəzi Aran” RETSİ-yə göndərilmişdir. 14.09-2020-ci il tarixli qərarın “qərara aldım” hissəsinin 3-cü bəndində “Qəbul olunmuş qərarın surəti X6 Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Abas Quliyevə göndərilməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət etmək, həmçinin dəymiş ziyanla əlaqədar Cavabdeh ilə aralarında yaranmış pul mübahisəsi mülki xarakterli olduğundan və AR, MPM-nin 25-ci maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilsin “göstərilmişdir. Ona görə də Cavabdeh “xxxx” ASC-yə vurduğu 506.86 (beş yüz altı manat 85 qəpik) manat məbləğində maddi ziyanın ondan tutulub “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 08 may 2021-ci il tarixli 9/2051 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumtlara, eləcə də “Mərkəzi Aran” RETSİ tərəfindən tərtib edilmiş 2020-ci il tarixli Smetaya əsasən işıq dirəyinə dəymiş ziyanın məbləği təxminən 429.54 manat müəyyən olunur. O cümlədən: material xərci- 204.26 manat, nəqliyyat xərci- 59.44 manat və sökülmə və quraşdırılma xərci – 165.84 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 14 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialdan görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Sadalanan hüquq normaları avtomobilin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı ziyanı ödənilməsi tələbi əsaslıdır. Lakin iddia tələbində göstərilən məbləğ tam sübut olunmamışdır. İddia ərizəsi və ekspert tərəfindən verilmiş ekspert rəyi müqayisə olunduqda ekspertizanın daha ədalətli və real olması müşahidə olunmuşdur ona görədə məhkəmə iddia tələbini ekspert rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq uyğun hesab edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya ziyan dəymişdir. Həmin ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı ona ziyan dəyməsini qismən sübut etsə də cavabdeh məhkəmə iclasında iştirak etməyərək öz süübutlarını təqdim etməmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehdən dəymiş ziyanın məbləğinin alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 429,54 manat məbləğində maddi alınıb “xxxx” ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-297/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-297/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver