Məhkəmə qərarları › İş №2(051)-304/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-304/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-304/2021 08.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı X3, onun etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil, cavabdehlər Cavabdeh və X2 iştirakı ilə, İddiaçılar: X3 və İddiaçı2 cavabdehlər Cavabdeh və X4 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 və İddiaçı2 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onlara verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcmini dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh X1 2000 manat və Cavabdeh 1000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh evlərin alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. O, Mingəçevir şəhərində yerləşən həyət evlərinin birini almaq qərarına gəlmiş və bu məqsədlə də evlərin alqı-satqısı ilə məşğul olan Cavabdeh müraciət etmişdir. Cavabdeh də Mingəçevir şəhəri, Samux küçəsi 33 ünvanda yerləşən, X4 məxsus həyət evi olduğunu bildirmişdir. Bundan sonra onlar həmin evin sahibi Oqtay Nəsibov ilə görüşüb həyət evinə baxmış, evi almaq üçün 58000 manata razılaşmışlar. Lakin bundan sonra Cavabdeh evin sənədlərinin hazır olmadığını, evin sənədlərini Oqtay Nəsibovun düzəldəcəyini bildirmişdir. Elə bu məqsədlə də o, 04 mart 2020-ci il tarixdə cavabdehin Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən iş otağında evin alınması üçün 2000 manat pul vermişdir. Təxminən bir ay keçdikdən sonra Cavabdeh onun yaşadığı evə gələrək evin sənədləşməsi üçün verilmiş 2000 manat pulun kifayət etmədiyini, ilk zaman 200 manat, daha sonra isə 500 manat olmaqla, cəmi 700 manat almışdır. Cavabdeh ondan evin sənədləşməsi üçün cəmi 2700 manat pul aldı. Bundan bir müddət sonra Cavabdeh evin sənədlərinin hazır olduğunu həyat yoldaşı İddiaçı2 bildirmiş və həyat yoldaşı da Mingəçevir Regional “Asan Xidmət'’ Mərkəzində Cavabdeh xidmət haqqı kimi 300 manat pul vermişdir. Ancaq bir müddət keçəndən sonra müəyyən olunmuşdur ki, evin sənədləri tam hazır deyildir. Belə ki, torpaq sahəsinin sənədləri hazır olmuş, lakin yaşayış evinin sənədləri hazır olmamışdır. Halbuki, cavabdeh onlara torpaq sahəsinin və evinin sənədlərinin tam hazır olacağını bildirmişdir. Elə bu zaman aldadıldığını başa düşmüş və torpaq sahəsini almaqdan imtina etmişdir. Bundan sonra o, Cavabdeh ona vermiş olduqları cəmi 3000 manat pulu tələb etmişdir. Lakin Cavabdeh həmin pulu qeyd olunan torpaq sahəsi satıldıqdan sonra verə biləcəyini bildirdi. Bundan sonra o, Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, Cavabdeh onu aldadaraq 3000 manat pulunu ələ keçirməsi ilə bağlı müraciət etdi. X8 Mustafayevin barəsində araşdırma aparılarkən onun izahatı alınmış və onlardan cəmi 3000 manat pul aldığını etiraf etmişdir. Dəfələrlə Cavabdeh onlara olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmadı. O, pulunu başqa qaydada cavabdehdən ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh X1 2000 manat və Cavabdeh 1000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, evlərin alqı-satqısı ilə məşğul olur. İddiaçı1 ona müraciət edərək həyət evi almaq istədiyini bildirmişdir. O isə Mingəçevir şəhəri, Samux küçəsi 33 ünvanda yerləşən, X4 məxsus həyət evi olduğunu bildirmişdir. Bundan sonra onlar həmin evin sahibi Oqtay Nəsibov ilə görüşüb həyət evinə baxmış, evi almaq üçün 58000 manata razılaşmışlar. Lakin evin sənədlərində problem olduğu üçün alqı-satqı reallaşa bilməmişdir. O həqiqətən də iddiaçılardan 1000 manat pul almışdır. Maddi imkanı olan kimi borcunu ödəyəcəkdir. Məhkəmə iclasında cavabdeh və X5 iddia tələbini qəbul edərək göstərdi ki, Mingəçevir şəhəri, Samux küçəsi 33 ünvanda yerləşən evini satmaq istəmiş və bununla əlaqədar evlərin alqısatqısı ilə məşğul olan Cavabdeh məlumat vermişdir. İddiaçı Müğdət Abdullayev və Cavabdeh ona məxsus evə gəlmişlər və iddiaçının evi almaq istədiyini bildirmişlər. Evin satış qiymətini 58000 manatda razılaşmışlar. Lakin sonradan evin sənədlərində problem olması məlum olmuşdur. Sənədlərin düzəldiməsi üçün iddiaçı ona 2000 manat pul vermişdir. Evin sənədlərinin düzəlməsində problemlər olmuş və iddiaçı evi almaq istəməmişdir. İddiaçı pulu geri istəyir. Lakin maddi imkanı olmadığı üçün pulu qaytara bilmir. Evi satan kimi iddiaçılara olan borcunu qaytaracaqdır. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatlarını dinləyib belə nəticəyə gəlmək olar ki, iddiaçı ev almaq üçün cavabdehlərə müraciət etmişdir. Mingəçevir şəhəri Samux küçəsi 33 ünvanda yerləşən, X4 məxsus həyət evinin alınması ilə bağlı tərəflər arasında razılaşma olsa da evin sənədlərində olan problem səbəbindən evin alqı -satqısı baş tutmamışdır. Cavabdehlər iddiaçılardan evin sənədləşməsi üçün ümumilikdə 3000 manat pul almışlar. Lakin sənədləşmədə yenidən problem yaranması səbəbindən alqı satqı baş tutmamış və cavabdehlər tərəfindən iddiaçıya heç bir pul qaytarılmamışdır. Cavabdehlər göstərilən faktları məhkəmədə etiraf etmişlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh X1 2000 manat və Cavabdeh 1000 manat məbləğində pulun alınıb iddiaçılara verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehlərdən tutulub iddiaçılara verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər X1 2000 (iki min) manat və Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınaraq iddiaçılar X3 və İddiaçı2 verilsin. Cavabdehlər X1 və Cavabdeh dövlət rusmu kimi ödənilmiş 30 manat müştərək qaydada tutularaq iddiaçılar X3 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar