Məhkəmə qərarları › İş №2(051)-305/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-305/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-305/2022 21.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı ASC-in nümayəndəsi X2 Cavabdeh: Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına» dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Qafarov Şahid Bədrəddin oğlu, Cavabdeh2 və Cavabdeh3 cəmi 715.16 manat əsas və 197.15 manat faiz borcu, ümumilikdə 912.31 manat məbləğində kredit borcunun və 30.40 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bankın nümayəndəsi X2 iddia ərizəsini uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Qafarov Şahid Bədrəddin oğlu arasında bağlanmış 600801-0680/13 №-li 29 may 2013-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən 24 ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 3425.46 (üç min dörd yüz iyirmi beş (.46)) manat məbləğində kredit verilmişdir. Cavabdeh Qafarov Şahid Bədrəddin oğluna kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 29 may 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 29 may 2013-cü il tarixli, 600801-0680/13 №-li kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə0 borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhədəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Qeyd edir ki, Qafarov Şahid Bədrəddin oğlu krediti götürdükdən nir müddət sonra 06.11.2013-cü il tarixdə vəfat etmişdir. Borcalan və zamin öhdəliyi icra etmədiyinə görə bank tərəfindən məhkəməyə iddia tələbi ilə 02.06.2015-ci il tarixdə müraciət edilmişdir. Məhkəmə iddianı təmin edərək 21 dekabr 2015-ci il tarixdə qiyabi qətnamə çıxartmışdır. Həmin qiyabi qətnamə 11 fevral 2019-cu il tarixdə ləğv edilərək, yenidən baxılmış və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-358/2019 saylı qətnaməsinə əsasən Cavabdeh3, Cavabdeh2 Şəhid oğlu və Cavabdeh1 1114.40 manat əsas borc, 74.99 faiz borcu və dövlət rüsumu kimi ödənilmiş, 30 manat olmaqla, cəmi 1219.39 manat pulu alınıb Expressbanka verilməsi qət edilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən borcalan Qafarov Şahid Bədrəddin oğlunun da kredit borcunda güzəşt edilərək, 715.16 manat əsas borc saxlanılmaqla hesablanmış faizlər, cərimələr və ödənilmiş dövlət rüsumu bağışlanmışdır. Həmin əsas borcun fərmandan irəli gələn qaydaların tələbinə görə 5 il müddətinə restuktrusizasiya olunması üçün borcalanın varislərinə və zaminə bildirişlər gönədirilmiş, güzəştli kredit müqaviləsinin bağlanması üçün müraciət edilmişdir. Lakin cavabdehlər banka müraciət etmək əvəzinə məhkəmənin qəbul etdiyi qətnamədən 07.03.2019-cu il tarixdə apelyasiya şikayəti vermişlər. Apellyasiya məhkəməsi şikayəti qismən təmin edərək, ölkə başçısının məlum fərmanını əsas gətirib, Mingəçevir şəhər Məhkəməsinin çıxartdığı 2(051)-358/2019 saylı 11.02.2019cu il tarixli qətnaməsiniləğv edib, iddiaçı Expressbank ASC-in borcun tutulmasına dair iddia ərizəsini baxılmamış saxlamışdır. Qərarda iddiaçı xüsusən izah olunmuşdur ki, “Fərmanın müəyyən etdiyi qaydalara, riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş, mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur.” Dəfələrlə zamini və cavabdehin vərəsələrini müqavilənin restruktrizasiya edilməsi üçün banka dəvət etsələr də, onlar Bakıda gəlməkdən imtina etmişlər. Odur ki, cavabdehlər tərəfindən hal-hazıra qədər öhdəliklər icra edilmədiyinə görə hazırki iddia ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar. Həmçinin vərəsələr və zamin borcalan öldükdən sonra onun əsas borcdan əlavə faiz borcuna görə də məsuliyyət daşıyır, hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən vərəsələr və zaminə qarşı irəli sürülə bilər. Beləliklə, vərəsələr və zamin əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 03 dekabr 2021-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 715.16 manat məbləğində əsasən borcu və 197.15 manat faiz borcu olmaqla, ümumilikdə 912.31 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qayrarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdehlər cvaabdehlər krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Ona görə də məhkəmədən Qafarov Şahid Bədrəddin oğlu, Cavabdeh2 və Cavabdeh3 cəmi 715.16 manat əsas və 197.15 manat faiz borcu, ümumilikdə 912.31 manat məbləğində kredit borcunun və 30.40 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil zaminliyə xitam verilməsi barədə vəsatət vermiş və məhkəmə iclası zamanı vəsatətini belə əsaslandırmışdır ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin o, Cavabdeh3 həmin iddia tələbi ilə razı deyildir. Belə ki, İddiaçı ASC əvvəllər də eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(051)-358/2019 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1114.40 manat əsas, 74.99 manat faiz borclu olmaqla, cəmi 1189.39 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyimiz apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(051)- 358/2019 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hesab edir ki, hazırki vəziyyətdə İddiaçı ASCzamin kimi mənə qarşı iddia qaldırmaq müddətini ötürmüşdür. Çünki o, iddiaçı ilə 29.05.2013-cü ildə zaminlik müqaviləsi bağlamışdır. Onu da qeyd edir ki, o, 2019-cu ildə iddiaçı ilə zaminlik müqaviləsi bağlamamış və həmin müqaviləyə də imza etməmişdir. Məhkəmədən İddiaçı ASC ilə onun arasında bağlanmış 29.05.2013-cü il tarixli, 600801-0680/13 nömrəli zaminlik müqaviləsinə xitam verilməsini və onun cavabdehlər siyahısından çıxarılmasını və iddia tələbinin ona dair hissəsini rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasını yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bununla belə məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi cavabdeh Qafarov Şahid Bədrəddin oğluna münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 29 may 2013-cü il tarixli, 600801-0680/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Qafarov Şahid Bədrəddin oğlu arasında bağlanmış istehlak krediti müqaviləsinə əsasən 24 ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 3425.46 (üç min dörd yüz iyirmi beş(.46)) manat məbləğində kredit verilmişdir. İşdə olan 29 may 2013-cü il tarixli, 600801-0680/13 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Qafarov Şahid Bədrəddin oğlu arasında bağlanmış 29 may 2013-cü il tarixli, 600801-0680/13 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərin əvəzinin ödənilməsi zamanı Cavabdeh3 bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 29 may 2013-cü il tarixli, 600801-0680/13 nömrəli zaminlik müqaviləsindən görünür ki, Qafarov Şahid Bədrəddin oğlu arasında 29 may 2013-cü il tarixli, 600801- 0680/13 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərin əvəzinin ödənilməsi zamanı Cavabdeh3 bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan AZ-İ 635096 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Qafarov Şahid Bədrəddin oğlu 06.11.2013-cü il tarixdə ölmüşdür. İşdə olan 16 sentyabr 2014-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Qafarov Şahid Bədrəddin oğlunun vərəsələri – arvadı X1, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1dur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Qafarov Şahid Bədrəddin oğlu arasında bağlanmış 600801-0680/13 №-li 29 may 2013-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən 24 ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 3425.46 (üç min dörd yüz iyirmi beş(.46)) manat məbləğində kredit verilmişdir. Cavabdeh Qafarov Şahid Bədrəddin oğluna kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 29 may 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borcalana zamin durmuşlar və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla birgə məsuliyyət daşıdıqlarına dair öhdəlik götürmüşlər. Lakin əsas borclu Qafarov Şahid Bədrəddin oğlu müqavilənin bağlanmasından bir müddət sonra 01.11.2013-cü ildə ölmüşdür. Onun mirasına övladları Cavabdeh1 və Cavabdeh2 vərəsələr olmuşlar. Onlar miras əmlakı qəbul etdiklərindən miras əmlaka daxil olan öhdəliklər də vərəsələrə keçmişdir. Onlar müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və nəticə də, onların banka 715.16 manat əsas və 197.15 manat faiz borcu, ümumilikdə 912.31 manat məbləğində kredit borcu hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli olaraq tətbiq edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən cavabdeh Qafarov Şahid Bədrəddin oğlunun vərəsələrinə münasibətdə əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Qafarov Şahid Bədrəddin oğlu arasında bağlanmış 600801-0680/13 №-li 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, borc verən (iddiaçı bank) borcalana (cavabdeh Qafarov Şahid Bədrəddin oğluna) 24 ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 3425.46 (üç min dörd yüz iyirmi beş(.46)) manat məbləğində kredit verilmişdir. Cavabdeh Qafarov Şahid Bədrəddin oğluna kredit verilərkən, Cavabdeh3 ilə Bank arasında 29 may 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Lakin əsas borclu Qafarov Şahid Bədrəddin oğlu müqavilənin bağlanmasından bir müddət sonra 01.11.2013cü ildə ölmüşdür. Onun mirasına övladları Cavabdeh1 və Cavabdeh2 vərəsələr olmuşlar. Lakin cavabdeh Qafarov Şahid Bədrəddin oğlu borcu ödəməmiş və iddiaçı bank isə müqavilənin icra müddəti başa çatdıqdan 6 il 6 ay sonra əsas borcluya və zaminlərə qarşı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Zaminlərə qarşı isə qanunla müəyyən edilmiş müddət ərzində tələb irəli sürülməmişdir. Ona görə də iddiaçı bankın yalnız əsas borclu Qafarov Şahid Bədrəddin oğlunun vərəsələrinə qarşı kredit borcunun ödənilməsi tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da aydın görünür ki, Qafarov Şahid Bədrəddin oğlu ilə Bank arasında 29 may 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır. İddiaçı isə qanunla müəyyən edilmiş öhdəliyin icrası müddəti kimi nəzrədə tutulmuş nə 24 ay (iki il) müddətində, nə də ondan sonraki 1 il ərzində zaminə qarşı iddia irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər (zaminlər) Cavabdeh3 ilə iddiaçı bank arasında 13.03.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsi əsasında yaranmış zaminliyə xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Qafarov Şahid Bədrəddin oğluna münasibətdə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsas kredit borcunun ödənilməsi hissəsində cavabdeh Qafarov Şahid Bədrəddin oğlunun vərəsələrinə münasibətdə əsaslıdır. Bununla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının tələb etdiyi əsas kredit borcuna cavabdeh qismində Cavabdeh3 da yönəltdiyindən və onun zaminliyinin müddəti keçdiyindən zaminliyə xitam verildiyindən ona münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi cavabdeh Qafarov Şahid Bədrəddin oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməlidir. İddia tələbi qalan hissədə, həmçinin cavabdehlər Cavabdeh3 münasibətdə əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.40 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 29 may 2013-cü il tarixli 600801-0680/13 nömrəli kredit müqaviləsi üzrə 715.16 manat əsas və 197.15 manat faiz borcu, ümumilikdə 912.31 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pul Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə, həmçinin Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar