Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-313/2022 18.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Riza oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı: İddiaçı Riza oğlunun Cavabdeh: Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Riza oğlu iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat və 200 (iki yüz) manat vəkil xidmətinə ödənilmiş pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Riza oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh uzun müddətdir ki, tanımışdır. Mehman maddi ehtiyacı olduğu üçün ondan borc pul istəmiş və 01 iyul 2021-ci il tarixdə Rəhman ona 2100 manat məbləğində borc pul vermişdir. Cavabdeh borc pulu 01 dekabr 2021-ci il tarixədək qaytaracağını bildirmiş və bu barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Daha sonra işlərini qaydaya salmaq üçün əlavə pul lazım olduğunu bildirmiş və yenidən ondan borc istəmişdir. 01 sentyabr 2021-ci il tarixdə iddiaçı cavabdehə əlavə olaraq 5900 manat borc pul vermişdir. Cavabdeh borcunu 2021-ci ilin dekabr ayında qaytaracağını söz versə də, vədinə əməl etməmişdir. Buna görə də Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat və 200 (iki yüz) manat vəkil xidmətinə ödənilmiş pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etdiyini, həqiqətən də İddiaçı Riza oğluna 8000(səkkiz min) manat məbləğində borcu olduğunu göstərib, işə onun iştirakı olmadan baxılaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş 01 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı Riza oğlundan 2100 (iki min bir yüz) manat məbləğində borc pul almış və 01 dekabr 2021-ci il tarixədək qaytaracağına söz verərək qəbzi imzası ilə təsdiq etmişdir. İddia ərizəsinə əlavə olunmuş 01 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı Riza oğlundan 5900 (beş min doqquz yüz) manat məbləğində borc pul almış və borclu olduğu 2100 (iki min bir yüz) manatla birlikdə cəmi 8000 (səkkiz min) manat məbləğində pulu 01 dekabr 2021-ci il tarixdə qaytaracağına söz verərək qəbzi imzası ilə təsdiq etmişdir. İddia ərizəsinə əlavə olunmuş mədaxil qəbzinin surətindən görünür ki, Babayev X1 şəhər Vəkil Bürosunun hesabına göstərilən hüquqi yardıma görə 200 (iki yüz) manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı Riza oğlu 01 iyul 2021-ci il tarixdə Cavabdeh 2100, 01 sentyabr 2021-ci il tarixdə 5900 manat olmaqla, cəmi 8000 manat borc pul vermiş, Cavabdeh isə aldığı pulu 01 dekabr 2021-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu iddiaçıya qaytarmamışdır və onun iddiaçıya 8000 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc və alqı-satqı münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı cavabdehə 8000 manat məbləğdə borc pul vermiş, cavabdeh isə pulu iddiaçıya ödənilməsini öz üzərinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddia tələbinin hüquqi xidmət xərci olaraq ödənilmiş 200 manat pulun ödənilməsi tələbinə dair hissəsi də əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat və 200 (iki yüz) manat vəkil xidmətinə ödənilmiş pul alınıb İddiaçı Riza oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-313/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-313/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver