Məhkəmə qərarları › İş №2(051)-317/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-317/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-317/2021 22.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2009-cu il təvəllüdlü Nurlan adlı uşağa ödənilən alimentin miqdarının artırılıb hər ay 200 (iki yüz) manat miqdarında aliment tutulması müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2008-ci ildə ailə qurmuş, birgə nikahdan xx xxxxxx 2009-cu ildə Nurlan adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında ləğv edilmiş, cavabdehdən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 50 manat miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq, ayda 100 manat miqdarında tutulması qət edilmişdir. Özü işləsə də təyin olunmuş alimentlə uşağı saxlamaq çətindir, uşaq böyüdükcə onun tələbatları da artır. Odur ki, xx xxxxxx 2009-cu il təvəllüdlü Nurlan adlı uşağa ödənilən alimentin miqdarının artırılıb hər ay, 200 (iki yüz) manat miqdarında aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, xəstə olduğu üçün işləyə bilmir. xx xxxxxx 2009-cu il təvəllüdlü Nurlan adlı uşağının saxlanması üçün tutulan alimentin miqdarı artırılarsa maddi vəziyyəti daha da ağırlaşar. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İddia ərizəsinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 2009-cu il təvəllüdlü X1 valideynləri Cavabdeh və X4r. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah xx xxxxxx 2011-ci il tarixdə pozulmuşdur. Nikah ləğv olunduqdan sonra qadın Yəhyayeva soyadını götürmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1816/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, 100 manat miqdarında alimentin tutulub X5 verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər X3 Hüquqi Şəxsin arayışından görünür ki Yəhyayeva X2 şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində işləyir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məşğulluq Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində qüvvədə olan müqavilələri aşkar edilməmişdir. İşə əlavə olunmuş Mingəçevir Psixo-Nevroloji Dispanserin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1999-cu ildən «debillik dərəcəsində, kəskin nevrotik reaksiyalarla və psixopatabənzər davranışla» diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, hazırda da azyaşlı Nurlan iddiaçının yanındadır. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Nurlan adlı uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay, 130 manat miqdarında tutulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 1 mənzil 25 ünvanda yaşayan Cavabdeh tutulan alimentin məbləği artırılaraq, xx xxxxxx 2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat müəyyən edilsin və hər ay tutularaq, ünvan 2 ünvanda yaşayan İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar