Məhkəmə qərarları › İş №2(051)-320/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-320/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-320/2021 05.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi ilə, iddiaçı İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 75.90 manat vurulmuş zərərin, 150 manat hüquqi xidmətlərin və 20.40 manat dövlət rüsumunun, cəmi 246,30 manat pulun alınıb verilməsini xahiş etmişdir. İddiaçı İddiaçı nümayəndəsi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə görə iddiaçının vəsatəti əsasında iddia ərizəsi qaytarıla bilər. Odur ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə vəsatəti təmin edilərək iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar