Məhkəmə qərarları › İş №2(051)-321/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-321/2022

11.03.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-321/2022 11.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi: Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi faktının müəyyən edilməsinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatına xitam edilə bilər. Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də ərizənin geri qaytarılması haqqında qərardad çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar