Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-327/2024 21.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə (Üçüncü şəxs: X8) qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə (Üçüncü şəxs: X8) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı atası X9 məxsus "xxxx" ASC-dən ibarət miras əmlakın yalnız özü tərəfindən qəbul edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı atası X9 Mingəçevir şəhər Avtoservis ASCdə ona məxsus olan səhmlərin 30500 ədədin, 84,72 faizinin ½ hissəsini Ağdam rayonu, Novruzlu kəndində pasport qeydiyyatında olan İddiaçı və ½ hissəsinin Bakı şəhəri Dağıstan küçəsi, ev 36, mənzil 74-də yaşayan X23 tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X13 xx.xx.2016-cı il tarixdə uzun sürən xəstəlikdən sonra beyin insultu nəticəsində vəfat etmişdir. Mərhumun sağlığında o, Mingəçevir şəhər Avtoservis ASC-də ona məxsus olan səhmlərin ½ hissəsini Ağdam rayonu Novruzlu kəndində pasport qeydiyyatında olan İddiaçı və ½ hissəsinin Bakı şəhəri Dağıstan küçəsi, ev 36, mənzil 74-də yaşayan X10 xx.xx.2010-cu il tarixdə Mingəçevir 2 saylı notariusunda vəsiyyətnamə tərtib etməklə vəsiyyət etmişdir. İddiaçı Mingəçevir ASAN Xidmət Mərkəzi Notariat Ofisinə mirasın faktiki qəbul edilməsi ilə bağlı müraciət etmiş, lakin imtina etmişlər. İddiaçı faktiki olaraq mirası qəbul etmiş, sahibliyi həyata keçirir və miras əmlak onun istifadəsindədir və mirasın qəbul edilməsi ilə bağlı mülkiyyət hüququnu əldə etmişdir. İddiaçının atasına məxsus “Mingəçevir AVTOMOTOSERVİS ASC-nin xx.xx.2014-cü il tarixli ümumi yığıncağının qərarı ilə həmin qurumun direktoru vəzifəsinə təyin edilmiş və hal-hazırda onu idarə edir. Mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi 11 saylı Ərazi vergilər İdarəsinin məktubu, “Mingəçevir AVTOMATSERVİS ASC-nin xx.xx.2014-cü il tarixli ümumi yığıncağının qərarları və dövriyyə hesabatları ilə təsdiqlənir. İddia tələbi ondan ibarətdir ki, həmin miras kütləsinə, yəni daşınmaz əmlkın müvəkkilinin adına rəsmiləşdirilməsi və mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul edilsin. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı atası X9 məxsus "xxxx" ASC-dən ibarət miras əmlakın yalnız özü tərəfindən qəbul edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Məhkəməyə məktub göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 20 may 2021-ci il tarixdə verilmiş **********547900 saylı məktubdan görünür ki, məlumat uçot bazasına əsasən İddiaçı təsisçilərin 16 may 2014-cü il tarixli ümumi yığıncağının qərarı ilə "xxxx" ASC-nin direktoru vəzifəsinə təyin olunmuşdur. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli 3-165/815-489-23 saylı arayışdan görünür ki, xx.xx.1937-ci il tarixdə Ağdam rayonu, Şıxbabalı kəndində anadan olan İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və ailə tərkibinin 1.arvadı: X12, (ölüb), 2.oğlu: İddiaçı, 3.qızı:X11 və 4.qızı: X5 olması müəyyən edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 12 avqust 2016-cı il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 05 noyabr 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q-535/15 №-li arayışdan görünür ki, X2nun adına Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 444 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 21, mənzil 26” qeyd olunmuşdur. İşdə olan 04 avqust 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X13 “Mingəçevir Avtoservis ASC-də ona məxsus olan səhmlərin ½ hissəsini Ağdam rayonu, Novruzlu kəndində yaşayan İddiaçı və ½ hissəsini isə Bakı şəhəri Dağıstan küçəsi ev 36, mənzil 74də yaşayan X10 vəsiyyət etmişdir. İşdə olan X3 notarial qaydada təsdiqlənmiş **********226 nömrəli ərizəsindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra mirası nə notariat ofisinə ərizə verməklə nə də miras əmlakla faktiki sahibliyi həyata keçirməklə mirası faktiki qəbul etməmiş və mirasın qanunla müəyyən edilmiş qəbulu müddətini ötürmüşdür. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 05 mart 2024-cü il tarixdə verilmiş **********444500 saylı məktubdan görünür ki, Hüquqi şəxsləri dövlət reyestri məlumatlarına əsasən "xxxx" ASC xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. Vergi uçotuna alındığı tarixdən xx.xx.2014-cü il tarixədək X13, sözügedən tarixdən hazırkı tarixədək İddiaçı müəssisənin rəhbəri olmuşdur. İşdə olan "xxxx" ASC-nin nizamnaməsindən görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X24 14 fevral 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, direktoru, Ş.L.Abdullayevdir. Qiymətli kağız mülkiyyətçilərinin reyestrinə əsasən X6 Mingəçevir Avtomotoservis ASC-də ümumi miqdarı 30535 ədəd, yəni 84.7982 faiz nisbətində nominal dəyəri 2 manat olmaqla adi adlı səhmi mövcuddur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, "xxxx" ASC xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. Daha sonra "xxxx" ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X24 14 fevral 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC xx.xx.2006-cı il tarixli ümumi yığıncağının qərarı ilə X13 ASC-nin direktoru təyin edilmişdir. X16 xx.xx.2016-cı ildə vəfat etmişdir. X2 tərəfindən verilmiş 04 avqust 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X13 “Mingəçevir Avtoservis ASC-də ona məxsus olan səhmlərin ½ hissəsini Ağdam rayonu, Novruzlu kəndində yaşayan İddiaçı və ½ hissəsini isə Bakı şəhəri Dağıstan küçəsi ev 36, mənzil 74-də yaşayan X10 vəsiyyət etmişdir. Bundan əlavə X8 tərəfindən verilmiş notarius ofisinə təqdim etdiyi **********226 nömrəli ərizədən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra mirası nə notariat ofisinə ərizə verməklə nə də miras əmlakla faktiki sahibliyi həyata keçirməklə mirası faktiki qəbul etməmiş və mirasın qanunla müəyyən edilmiş qəbulu müddətini ötürmüşdür. X6 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə 1.arvadı: X12, (ölüb), 2.oğlu: İddiaçı, 3.qızı: X11 və 4.qızı: X5 daxil olmuşdur. Mərhumun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan İddiaçı X1 miras qalmış əmlakı qəbul etmək barədə notariat ofisinə ərizə ilə müraciət etmişdir. X15 Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən müddət ötürüldüyündən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Hazırda miras əmlaka dair vərəsəlik işi açılsa da, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Ona görə də iddiaçı tərəf məhkəməyə müraciət edərək Mingəçevir şəhər Avtoservis ASC-də ona məxsus olan səhmlərin 30500 ədədin, 84,72 faizinin ½ hissəsini Ağdam rayonu, Novruzlu kəndində pasport qeydiyyatında olan İddiaçı və ½ hissəsinin Bakı şəhəri Dağıstan küçəsi, ev 36, mənzil 74-də yaşayan X23 tərəfindən faktiki qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası sahiblik və idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X2 xx.xx.2016-cı il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X1 "xxxx" ASC-də 30535 ədəd səhm miras qalmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X2nun ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə X12, (ölüb), 2.oğlu: İddiaçı, 3.qızı: X11 və 4.qızı: X5 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Beləliklə, məhkəmə hesab edir ki, X1 "xxxx" ASC-də olan 30500 ədəd səhm miras qalmışdır. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulduğuna görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, X1 qalmış mirası, iş üzrə İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə ilə müraciət etməsə də, mübahisəli miras əmlaka şəxsən faktiki sahiblik etməklə qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq qəbul etmişdir. Digər vərəsə X14 isə mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, İddiaçı və digər vərəsə X14 mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanınmalıdır. Məhkəmə, X10 münasibətdə miras payının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, o, mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının X7 miras payı ilə bağlı heç bir mübahisəsi yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, X7 miras payı saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumu 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Göründüyü kimi qanunverici mirasın qəbulunun formal və qeyri-formal üsullarını fərqləndirmiş, o cümlədən mirasın qəbul edilməsi üçün miras açıldığı vaxtdan sonra 6 aylıq müddət müəyyən etmişdir. Həmin müddət mirasın qəbulunun formal üsulu üçün nəzərdə tutulmuş müddətdir. V.Quliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumu 7 sentyabr 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Mingəçevir ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhər Avtomotoservis ASC-də ona məxsus olan səhmlərin 30500 ədədinə, yəni 84,72 faizinə, İddiaçı və X7 hər birinin payları 1/2 hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-327/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-327/2024
21.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver