Məhkəmə qərarları › İş №2(051)-328/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-328/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-328/2021 23.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçılar: İddiaçı, X2 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «Mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 və İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mingəçevir şəhərinin S.Vurğun küçəsindəki 19 saylı evin 9 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhərinin S.Vurğun küçəsindəki 19 saylı evin 9 saylı mənzili mərhum əri X1 adına olmuşdur. Həmin mənzilə dair Mingəçevir şəhər X7 İcraiyyə Komitəsi Mənzil Uçotu və Bölgüsü Şöbəsi tərəfindən xx xxxx 1988-ci ildə 6259 nömrəli order verilmişdir. X8 xx xxxxxx 2018-ci il tarixdə rəhmətə getmişdir. Hazırda sözügedən mənzili adına rəsmiləşdirmək istəyirə. Lakin ailə üzvü olmuş və yaşayış hüququ olmadan mənzildə qeydiyyatda qalmış qızı Cavabdeh3 hazırda başqa ünvanda yaşayır. Belə ki, qızı Cavabdeh3 2013-cü ildə ailə qurmuş və ərinin Yevlax rayonun Ərəbbəsrə kəndində yaşadığı evə gəlin köçmüşdür. Həmin vaxtdan da qızını qeyd olunan evdə yaşayır. Onun razılığı olmadığı üçün, eyni zamanda mənzildə istifadə hüququ olmadan qeydiyyatda qalmış Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 razılığı olmadıqları üçün mənzilin özəlləşdirilməsi mümkün olmamışdır. Cavabdehlərin mərhum ərinə məxsus mənzildə yaşamamasını mənzilin yerləşdiyi ərazi üzrə 3 saylı MİS-nin işçilərinin tərtib etdikləri aktda da öz əksini tapmışdır. Hesab edir ki, iddia tələbi tam qanuni və əsaslıdır. Belə ki, xx xxxxxxx 2009-cu ilə kimi qüvvədə olmuş Azəraycan Respubliksının Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, şəxsin daimi olaraq yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya eyni yaşayış məntəqəsinə getməsi və ya eyni yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçməsi, onun getdiyi və ya köçdüyü gündən mənzilə yaşamaq hüququnun itirilməsinə səbəb olur. Buna görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mingəçevir şəhərinin S.Vurğun küçəsindəki 19 saylı evin 9 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işə əlavə olunmuş Mingəçevir şəhər X7 İcraiyyə Komitəsi Mənzil Uçotu və Bölgüsü Şöbəsinin xx xxxx 1988-ci il tarixli, 6259 nömrəli orderdən görünür ki, Mingəçevir şəhərinin S.Vurğun küçəsindəki 19 saylı evin 9 saylı mənzili X1 adına verilmişdir. Mülki işə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X3 xx xxxxxx 2018-ci ildə ölmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, cavabdeh sözügedən mənzildə uzun müddətdir ki, yaşamır. Məhkəmə hesab edir ki, iddia tələbinin həll olunmasında xx xxxxxxx 2009-cu ilə kimi qüvvədə olmuş Azəraycan Respubliksının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Həmin məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, şəxsin daimi olaraq yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya eyni yaşayış məntəqəsinə getməsi və ya eyni yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçməsi, onun getdiyi və ya köçdüyü gündən mənzilə yaşamaq hüququnun itirilməsinə səbəb olur. Göstərilən Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarədər və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması ilə bağlı xx xxxx 1999-cu il tarixli qərarında Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi öz hüquqi mövqeyini bildirərək göstərmişdir ki, tərəflər arasında yaranmış bu növ mənzil mübahisələri ilə bağlı işlərə baxılarkən icarədarın və ya onun ailə üzvlərinin yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, öz qanuni hüquqlarının qorunmasını həyata keçirsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin həmin qərarının nəticə hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində göstərilən əsaslar olduqda icarədar və ya onun ailə üzvləri altı ay və ya daha çox müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsinə əsas ola bilər. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzildən çıxıb getməsi və orada yaşamaması onun mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır və iddia tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMnin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mingəçevir şəhərinin S.Vurğun küçəsi 19 saylı evin 9 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar