Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-33/2025 19.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi İddiaçı QSC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılmasına yönəldilməsinə tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1239,53 manat əsas 2,50 manat faiz borcu olmaqla cəmi 1242,03 manat, 32,42 manat dövlət rüsumunun İddiaçı QSCyə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan, 1 ədəd sep bismark, 1 ədəd saat+braslet, 4 ədəd üzük, 1 ədəd braslet yolka, 1 ədəd sep zmeyka olan qızıl ziynət əşyalarına yönəldilərək açıq hərracda satılmasına və satışdan əldə olunan vəsait borc məbləği artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəfər məhkəmə iclasında iştirak etməmiş, gəlməməərinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Lakin, iddiaçının nümayəndəsi Süleyman Bəkirov məhkəməyə teleqram ünvanlayaraq cavabdehin banka olan borcunun ödədiyini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin teleqramını, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina etməsi başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və qanunvericiliyin tələblərinə zidd deyildir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir Məhkəmə, iddiaçının tələbdən imtina etməsi barədə ərizəsini və iş materiallarını Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinin tələbləri baxımından araşdıraraq hesab edir ki, iddiaçının öz tələbindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən iddiaçının iddia tələbindən imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılmasına yönəldilməsinə tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 32,42 manat məbləğində pul İddiaçı QSC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-33/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-33/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver