Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-34/2022 20.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər: Cavabdeh1 və X5 qarşı «kredit məbləğinin geri qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 "xxxx" ASC-nin xeyrinə 4500 ABŞ dolları məbləğdə əsas borc, 5306,35 ABŞ dolları məbləğdə faiz borcu cəmi 9806,35 ABŞ dolları məbləğdə borcun, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun və 12 manat notariat xərcinin tutulub ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinini həcmini artıraraq izahatında göstərmişdir ki, Cavabdeh1 "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixdə 2474 SBFFK saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə illik 24 faizlə 4500 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatının üsulu kimi həmin tarixdə X6 ilə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tamamilə və ya hissə-hissə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamışlar. Cavabdehlərin 4500 ABŞ dolları məbləğdə əsas borc, 5306,35 ABŞ dolları məbləğdə faiz borcu cəmi 9806,35 ABŞ dolları məbləğdə borcu yaranmışdır. Qeyd olunanlara əsasən cəmi 13169 ABŞ dolları borcun -bundan 4500 ABŞ dolları əsas, 3240 ABŞ dolları faiz, 4478,35 manat cərimə, kredit müqaviləsi bitenden sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 951,08 ABŞ dolları faiz borcun və iş üzrə odsnilmiş 42,40 manat rusumun cavabdehlər X11 ogtundan və X2 tutularaq, ləğv prosesində olan "xxxx" ,ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və X5 məhkəmə iclası yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə 2474SBFFK saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə 24 faizlə 4500 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Kredit öhdəliyinin təminatı kimi "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 9/6466 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 banka olan borcu əsas borc üzrə 4500 ABŞ dolları, faiz borcu üzrə 3240 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə 31 mart 2015-ci il tarixli 2474 SBFFK saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə, 24 % illik faiz dərəcəsi olmaqla ona 4500 ABŞ dolları məbləğdə kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onun banka 4500 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır. Cavabdeh kreditin və faizlərin vaxtında qaytarılması barədə dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi heç bir təbdir görməmişdir. Odur ki, ilkin iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borc tələbi hissədə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Lakin məhkəmə iddia tələbinin həcminin artırılmasına hüquqi qiymət verərək hesab edir ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti öhdəliklər üzrə öz hüquqlarını həyata keçirərkən vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməyərək öhdəliyin yerinə yetirilməsinə zəmin yaratmamış, əksinə bundan istifadə edərək məhkəmə baxışında, müvafiq ekspertiza rəyinin aldındıqdan sonra məhz tələbin həcminin artırması cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixl qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cərimənin və Azərbaycan Respublikası Konstitusiya Məhkəmədinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcun tutulması hissədə iddia tələbinin artırılmasını qəbul etmir və tələbə ilkin məzmunda qiymət verir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi, elmi tətqiqatlara əsaslandığı üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilən iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 9/6466 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 banka olan borcu əsas borc üzrə 4500 ABŞ dolları, faiz borcu üzrə 3240 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. İddia ərizəsindən göründüyü kimi cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlər Cavabdeh1 və X3 hazırki vaxtadək iddiaçı banka 4500 ABŞ dolları əsas kredit borcu, 3240 ABŞ dolları faiz borcu, cəmi 7740 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi qismən əsaslıdır. Odur ki, 4500 ABŞ dolları əsas kredit borcu, 3240 ABŞ dollarıfaiz borcu, cəmi 7740 ABŞ dolları borcu və 30,40 manat dövlət rüsumu və 12 manat notariat xərci alınıb iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 200 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 244, 245, 357 və 350-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və X1 müştərək qaydada 4500 ABŞ dolları məbləğdə əsas borc, 3240 ABŞ dolları məbləğdə faiz borcu, cəmi 7740 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pul və 12 manat notariat xərci cavabdehlərdən tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə 200 manat məbləğində ekspertiza xərci Cavabdeh1 və X1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-34/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-34/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver