Məhkəmə qərarları › İş №2(051)-342/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-342/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-342/2024 05.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 15000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mülki iş üzrə cavabdeh Həmzəyev X10 Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(051)-63/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh yaşadığı ünvandan ona məxsus olan 15.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamışdır. Məhkum Cavabdeh yaxınlarının vasitəsilə ona xəbər göndərərək bildirmişdir ki, hökmdən apelyasiya şikayəti verməsin, belə kİ, qısa müddətdə oğurladığı qızıl-zinət əşyalarını və yaxud 15.000 manat dəyərində olan qızılın məbləğini ona ödəyəcəkdir. Qeyd olunan məbləğ Mingəçevir Şəhər Məhkəməsinin hökmündə öz əksini tapmışdır. Hökmdə qeyd olunmuşdur ki, Həmzəyev X10 şəhəri, A.Şaiq küçəsi, ev 15, mənzil 32-də yerləşən mənzildə ona məxsus bir ədəd 540 manat dəyərində qolbağı, bir ədəd 500 manat dəyərində 5 qramlıq qızıl klonu, bundan başqa qızı X3 məxsus bir ədəd 1200 manat dəyərində sırğa-üzük dəstini, 1200 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 900 manat dəyərində 7,5 qram çəkidə qızıl klonu, bir ədəd 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd 200 manat dəyərində qızıl üzüyü, bir ədəd 300 manat dəyərində qızıl üzüyü, bir ədəd 120 manat dəyərində uşaq üçün qolbağı, bir ədəd 75 manat dəyərində uşaq üçün qızıl qolbağı, bir ədəd 100 manat dəyərində uşaq üçün qızıl klonu, bir cüt 200 manat dəyərində qızıl sırğanı, bir ədəd 420 manat dəyərində qızıl boyunbağını, həmçinin gəlini X6 məxsus bir ədəd 3200 manat dəyərində boyunbağı-qolbağı dəstini, bir ədəd 1800 manat dəyərində sırğa-üzük dəstini, bir ədəd 1200 manat dəyərində briliyant qaşlı üzüyü, bir cüt 200 manat dəyərində uşaq üçün qızıl sırğanı və bir ədəd 180 manat dəyərində qızıl qolbağını oğurlamışdır. Qızıllar əri ilə onun birgə mülkiyyətində olan mənzildən oğurlanmışdır. Ona görə də həmin vaxt zərərçəkmiş şəxs qismində əri, X11 tanınmş, lakin işin istintaqı zamanı əri vəfat etmişdir. Ondan sonra o, ərinin hüquqi varisi qismində tanınmışdır. O, təqsirləndirilən şəxin və qohumlarının bu sözlərinə inanaraq, şikayət etməmişdir. Lakin cavabdeh vəd verməsinə baxmayaraq, 2 ilə yaxındır ki, heç bir ödəniş etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, onun məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, qanuni qüvvəyə minmiş məhkəmə hökmünü, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(051)- 63/2021 saylı hökmündən görünür ki, Cavabdeh təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində X7 məxsus Mingəçevir şəhər A.Şaiq küçəsi ev 15, mənzil 32-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan İddiaçı məxsus bir ədəd 540 manat dəyərində qolbağı, bir ədəd 500 manat dəyərində 5 qramlıq qızıl klonu, bundan başqa X3 məxsus bir ədəd 1200 manat dəyərində sırğa-üzük dəstini, 1200 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 900 manat dəyərində 7,5 qram çəkidə qızıl klonu, bir ədəd 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd 200 manat dəyərində qızıl üzüyü, bir ədəd 300 manat dəyərində qızıl üzüyü, bir ədəd 120 manat dəyərində uşaq üçün qolbağı, bir ədəd 75 manat dəyərində uşaq üçün qızıl qolbağı, bir ədəd 100 manat dəyərində uşaq üçün qızıl klonu, bir cüt 200 manat dəyərində qızıl sırğanı, bir ədəd 420 manat dəyərində qızıl boyunbağını, həmçinin X6 məxsus bir ədəd 3200 manat dəyərində boyunbağı-qolbağı dəstini, bir ədəd 1800 manat dəyərində sırğa-üzük dəstini, bir ədəd 1200 manat dəyərində briliyant qaşlı üzüyü, bir cüt 200 manat dəyərində uşaq üçün qızıl sırğanı və bir ədəd 180 manat dəyərində qızıl qolbağını gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13135 manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etdiyindən, Cavabdeh AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(107)-135/2022 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh və onun müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Cavabdeh Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 1(051)-63/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X12 arasında xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhər Nikah Evində rəsmi nikah bağlanmış və həmin nikah 2 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada Manafova soyadı verilmişdir. İşdə olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində beyin ödemi səbəbindən ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 birgə nikahından xx.xx.1984-cü il tarixdə Naibə adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Manafova X1 Naibə Səhman qızının etibarnamə üzrə nümayəndəsidir. Etibarnamə 5 il müddətinə verilmişdir. İşdə olan X13 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, iddiaçı qaynanası İddiaçı verdiyi iddiaya baxılmasını, həmin iddiada ona məxsus olan qızılların göstərildiyini, məhkəmə prosesinə gələ bilmədiyini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində mərhum X7 məxsus Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 15, mənzil 32-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan İddiaçı məxsus bir ədəd 540 manat dəyərində qolbağı, bir ədəd 500 manat dəyərində 5 qramlıq qızıl klonu, bundan başqa X3 məxsus bir ədəd 1200 manat dəyərində sırğa-üzük dəstini, 1200 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 900 manat dəyərində 7,5 qram çəkidə qızıl klonu, bir ədəd 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd 200 manat dəyərində qızıl üzüyü, bir ədəd 300 manat dəyərində qızıl üzüyü, bir ədəd 120 manat dəyərində uşaq üçün qolbağı, bir ədəd 75 manat dəyərində uşaq üçün qızıl qolbağı, bir ədəd 100 manat dəyərində uşaq üçün qızıl klonu, bir cüt 200 manat dəyərində qızıl sırğanı, bir ədəd 420 manat dəyərində qızıl boyunbağını, həmçinin X6 məxsus bir ədəd 3200 manat dəyərində boyunbağı-qolbağı dəstini, bir ədəd 1800 manat dəyərində sırğa-üzük dəstini, bir ədəd 1200 manat dəyərində briliyant qaşlı üzüyü, bir cüt 200 manat dəyərində uşaq üçün qızıl sırğanı və bir ədəd 180 manat dəyərində qızıl qolbağını gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13135 manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–ci il tarixli 1(051)–63/2021 saylı hökmü əsasında AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CPM–in 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh cinayət hadisəsi törətməsinə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Lakin məhkəmə iddiaçıya ödənilməli olan pul vəsaitinin məbləği ilə bağlı hesab edir ki, iddiaçının tələb etdiyi 15000 manat pulun 13135 manat hissəsi əsaslıdır. Belə ki, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021–ci il tarixli 1(051)–63/2021 saylı hökmünə əsasən Cavabdeh mərhum X9 məxsus mənzilə qanunsuz daxil olmaqla onun ailə üzvülərinə məxsus əmlakları (qızıl-zinət əşyaraları) gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13135 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, həmçinin məhkəmənin qanuni qüvvədə olan hökmü ilə təqsirli hesab edildiyindən 13135 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və cavabdehdən 13135 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13135 (on üç min bir yüz otuz beş) məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar