Məhkəmə qərarları › İş №2(051)-351/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-351/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-351/2022 17.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzr sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" MMC-in nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək 17.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********9838 olan Samsung Galaxy A 10 marka telefon üçün 317 (üç yüz on yeddi) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə; 17.11.2020-ci tarixli müqaviləsinə əsasən, X1 Pozulmasına görə Tutulan Məbləğ üçün 24 ( iyirmi dörd) mana ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 372 manat borc, 30 manat ödənilmiş dövlə rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəməyə 02 mart 2021-ci il tarixdə daxil olmuş və cavabdehə ərizənin daxil olduğu gündə 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarının təqdim olunmas barədə bildiriş göndərilmişdir. Lakin cavabdeh verilmiş tələbə heç bir münasibət bildirməmişdir. Bun görə məhkəmə Azərbaycan respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən işə mahiyyəti üzr baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır k cavabdeh "xxxx" MMC ilə 17.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********9838 ola Samsung Galaxy A 10 markalı telefon, X1 Pozulmasına görə Tutulan Məbləğ almış və nəticədə 372 (ü yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticəd 17.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380.4 (üç yüz səksən, qırx qəpik) mana (12 ay x 31.7 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********9838 olan Samsung Galaxy A 10 marka telefon üçün ümumilikdə, 348 (üç yüz qırx səkkiz) manat olmaqla ondan, 317 (üç yüz on yeddi) mana ödənilməmiş hissə, güzəşt olunaraq 31 (otuz bir) manat cərimə; 17.11.2020-ci il tarixli müqaviləsin əsasən, alqı-satqı qiyməti 24 (iyirmi dörd) manat (3 ay x 8 + 0 manat ilkin ödəniş) X1 Pozulmasına gör Tutulan Məbləğ üçün ümumilikdə 24 ( iyirmi dörd) manat olmaqla ondan, 24 (iyirmi dörd) mana ödənilməmiş hissə, güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehi cəmi ödədiyi məbləğ 63.4 manat təşkil edir. Ona görə də məhkəmədən 17.11.2020-ci il tarix müqaviləsinə əsasən, İMEİ Kodu **********9838 olan Samsung Galaxy A 10 markalı telefon üçün 317 (ü yüz on yeddi) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə; 17.11.2020-ci il tarixli müqaviləsin əsasən, X1 Pozulmasına görə Tutulan Məbləğ üçün 24 ( iyirmi dörd) manat ödənilməmiş hissə, 0 (sıfır manat cərimə, ümumilikdə 372 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsini tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri abun haqqının ödənilməsi ilə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin halların qanunvericiliyin borc tələbinə dair müddəalarına, tərəflər arasında bağlanmış abunə müqaviləsin əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikd nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməs əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya b Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyi əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərini yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsi (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməl xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutula hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən form təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notaria formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıy verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödəniş müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəlləni 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onu hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılmas haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaş əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satq müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanı ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onu pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərd qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) baş düşülür. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı pulun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçını məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcluda kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki mi manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçi iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən v tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnam çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284, 357 v 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 17.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********9838 olan Samsun Galaxy A 10 markalı telefon üçün 317 (üç yüz on yeddi) manat ödənilməmiş hissə, 31 (otuz bir) mana cərimə olmaqla; 17.11.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 Pozulmasına görə Tutulan Məbləğ üçü 24 ( iyirmi dörd) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 372 manat borc alınaraq "xxxx" MMC-i hesabına verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh tutulub "xxxx" MMC-i hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməs vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar