Məhkəmə qərarları › İş №2(051)-358/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-358/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-358/2025 03.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonu, Bənövşələr qəsəbəsi, ev 144-də yaşayır. Cavabdeh tanıyır, onunla birlikdə hərbi xidmətdə olmuşdur. Əsgər yoldaşı kimi aralarında yaxşı münasibət olmuşdur. Cavabdeh 2024-cü ilin aprel ayında ondan xahiş etdi ki, ona 6300 manat pul tapsın, ehtiyacı vardır. Həmin vaxt üstündə pul olmadığı üçün ona borc verə bilməyəcəyini, ancaq pulu iki dəfəyə ödəmə terminalı vasitəsi ilə kart hesabına göndərəcəyini demişdir. Cavabdeh ona kart hesabını verdi. O, “Milliön” ödəmə terminalı vasitəsi ilə cavabdehə iki dəfəyə xx.xx.2024-cü ildə 3000 manat, xx.xx.2024-cü il tarixdə isə 3300 manat, cəmi 6300 manat pul göndərmişdir. Cavabdeh pensiyaya çıxdığını, raşot pulu alan kimi borcunu qaytaracağını bildirmişdir. Ancaq pensiyaya çıxdıqdan sonra borcunu qaytarmadı. Xeyli müddətdir ki, cavabdeh borcunu qaytarmır, borcunu etiraf edərək tezlikdə qaytaracağını vəd etsə də, yerinə yetirməmişdir. O pulunu başqa qaydada cavabdehdən ala bilmir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialları xx.xx.2024-cü il tarixli 736 №li arayışdan görünür ki, İddiaçı Ağdam rayonu, Maqsudlu kəndindən məcburi köçkün düşmüşdür. Hazırda Ağdam rayonu, Bənövşələr qəsəbəsində müvəqqəti yaşayır. xx.xx.2024-cü il tarixli ********** №li və ********** №li mədaxil qəbzlərindən görünür ki, Cavabdeh hesabına ayrı-ayrılıqda 1000 və 2000 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, Cavabdeh hesabına 3300 manat pul köçürülmüşdür. İşin müəyyən olunmuş halı İddiaçı cavabdehə müxtəlif vaxtlarda olmaqla, cəmi 6300 manat borc pul vermişdir. Tərəflər arasında olan borc münasibəti cavabdehin kart hesabına yüklənmiş məbləğlərlə bağlı olan qəbzlərdən təsdiqini tapmışdır. İddiaçı 6300 manat borcunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçıya olan borcundan ödəniş etməmiş, borcla bağlı məhkəməyə etiraz bildirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında borcun verilməsinə dair cavabdehin kart hesabına yüklənən məbləğlərlə bağlı ödəniş qəbzləri olmuşdur. İddiaçı cavabdehə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə 1000 manat, 2000 manat və 3300 olmaqla, cəmi 6300 manat borc pul vermişdir. Cavabdeh borcundan pul qaytarmamışdır. Nəticədə Cavabdeh İddiaçı 6300 manat məbləğində borcu qalmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 6300 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 6300 (altı min üç yüz manat) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar