Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-361/2023 30.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi və Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşqı «dəymiş maddi ziayanın ödənilməsi tələbinə» dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziayanın ödənilməsi tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə icraata qəbul olunmuş və iş üzrə posessual hərəkətlər edildikdən sonra işin məhkəmə baxışı 30 yanvar 2023-cü il tarixə təyin edilmişdlir. Məhkəmə baxışında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, tələb etdiyi maddi ziyan cavabdeh tərəfindən ödənildiyini bildirmiş və bu səbəbdən də iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin cavavbdeh Cavabdehda məhkəməyə ərizə təqdim edərək onun tərəfindən iddiaçıya dəymiş ziyanla bağlı aralarında razılaşma olmuş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin ərizələrini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər, iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsini, iddianın cavabdeh tərəfindən etiraf edilməsini və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı iddiadan imtina etməsi qəbul olunmalı və həmin halda iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263.2-ci maddəsinə əsasən məhkəmə icraata xitam verdikdə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.4,262, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziayanın ödənilməsi tələbinə» dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-361/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-361/2023
30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver