Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-364/2020 29.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi x1 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 101062 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin əvvəlki iclasında iddia tələbini artıraraq göstərmişdir ki, 1963cü ildə Mingəçevir şəhərində doğulmuş və 1997-ci ilə kimi Mingəçevirdə yaşamışdır. 1989-cu ildə boşamnış və 1997-ci ildə iki övladı ilə birlikdə ünvan 1 ünvanda yerləşən 1 otaqlı evini 4500 ABŞ dollarına satmış və satışdan əldə etdiyi pulu saxlamaq üçün anasına vermişdir. Evi satmaqda məqsədi Bakı şəhərindən ev almaq olmuşdur. Həmin vaxt böyük qardaşı Cavabdeh ona şəxsi işi ilə əlaqədar borc pul lazımdır və satdığı evin pulunu ondan borc kimi işdəmişdir. Anasına qardaşı İldırımın ondan borc pul istədiyini demiş, anası isə ona qardaşının ehtiyacı olmasını və pulu sonra imkan olan kimi ona qaytaracağını bildirmişdir. Qardaşı ona və anasına 4500 ABŞ dolları pulu qaytaracağına söz vermişdir. Həmin vaxt pulu qardaşına verdiyi üçün Bakı şəhərindən ev ala bilməmiş və evsiz qalmışdır. Bunu görən Rusiyada yaşan digər qardaşı Fərman ünvan 2 mənzil 9 ünvanında olan evini ona bağışlamış, o da həmin mənzili satıb bakı şəhərində ev almaq isdəmişdir. 2002-ci ildə həmin mənzili 8000 ABŞ dollarına satıb pulu saxlamaq üçün yenə də anasına vermişdir. Qardaşı İldırım onun evi satmasından xəbəri olmuş və yenə də ondan borc pul isdəmişdir. Anası isə qardaşının təcili pula ehtiyacı olduğunu və evin satışından əldə olunmuş pulu qardaşına verməsini xahiş etmişdir. O da qardaşına inanaraq evin satışından əldə olunmuş 8000 ABŞ dolları pulu da qardaşına vermiş və Cavabdeh cəmdə ona 12500 ABŞ dolları borcu yaranmışdır. Bu səbəbdən də Bakı şəhərindən ev ala bilməmiş və Bakı şəhərində kirayədə qalmaq məcburiyyətində qalmışdır. Qardaşı İldırımdan hər dəfə borcunu isdədikdə qardaşı ona borcunu qaytaracağını və hələlik imkanının olmadığını demişdir. Lakin heç bir vaxt borcu ödəməyəcəyini bildirməmişdi. Bu müddət ərzində isə o kirayələrdə qalmış və 300-400 manat kirayə haqqı ödəmişdir. Qardaşından borcu qaytarana qədər kirayə haqqına köməklik etməsini bildirsə də qardaşı ona maddi imkanının olmamasını və kirayə pulunu verə bilməyəcəyini bildirmişdir. Bundan əlavə İldırımdan borcunu tələb etdikdə hər dəfə ona 20000 manat, daha sonra isə 30000 manat verəcəyini bildirmiş və oda buna inanmışdır. Lakin axır vaxtlar ona məlum olmuşdur ki, qardaşının imkanı yaxşılaşmış və bizneslə məşğuldur. Lakin ona borclu olduğu pulu vermək isdəmir. Ona görə də Mingəçevir şəhər Prokurorluğuna şikayət etmişdir ki, onun pulunun qaytarılmasına köməklik etsinlər. Lakin ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qardaşı Cavabdeh onu aldadaraq 12500 ABŞ dolları pulunu mənimsəmiş və bunun nəticəsində də o ev ala bilməmişdir. Neçə illərdir ev ala bilməmiş və ailə üzvləri ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Bu səbəbdən də ona külli miqdarda ziyan dəymişdir. Ona görə də Cavabdeh ona borclu olduğu 106441 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdehnın etibarnamə üzrə nümayəndəsi x3 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, borcun alınmasını təstiq edən heç bir sübut olmadığından iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. İddia tələbinin təmin edilməsi üçün sübuutetmə yükü iddiaçının üzərinə düşdüyündən bütün sübutları məhz iddiaçı tərəf məhkəməyə təqdim etməlidir. Eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, hətta borc münasibətləri olmuş olsa belə iddiaçının qeyd etdiyi borc münasibətlərinin üzərindən artiq 19 il keçmişdir. İddiaçı tərəfindən ona qarşı iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddasi ilə müəyyən edilmiş 3 illik iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qatnamə çıxarılmasını xahiş edir. Şahid x2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, tərəflər onun bacı və qardaşıdır. Anaları onunla birlikdə Rusiya Federasiyasında qalırdı. Təxminən 2002- 2003-cü illərdə qardaşı İldırım ona xəbər etetmişdir ki, işə düşüb və təcili pula ehtiyacı var. Anasını ona məxsus evi satmaq üçün Azərbaycana göndərdi. Bu zaman bacısı Əminə həmin səbəbə görə olmasa da öz evini satmışdı. Anası İldırıma pul lazım olduğu üçün evin pulunu İldırıma verməsini Əminəyə dedi və bacı-qardaş olduqları üçün Əminə evinin satışından əldə olunmuş pulu İldırıma verdi. Sonradan o evini bacısı Əminənin adına bağışlama müqaviləsi ilə keçirmişdir. Lakin 2004-cü ildə qardaşım İldırım yenidən işə düşdüyü və pula ehtiyacı olduğu üçün bacısı Əminə onun bağışladığı evi satmış və pulunu İldırıma vermişdir. Lakin İldırım pulu Əminəyə qaytarmayıb. Şahid x4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o Mingəçevir və Bakı şəhərləri arası taksi fəaliyyəti ilə məşğuldur. Tərəflərin hər ikisini tanıyır. 2006-2007-ci illərdə tərəfərin anası olan Xanım xala ona pul verirdiki Əminəyə çatdırsın. Xanım xala hər dəfəsində pulun İldırım tərəfindən verilməsini və Əminəyə çatdırılmalı olduğunu deyirdi. Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2004-cü ildə o və Əminə Gəncə şəhərinə gedərkən Mingəçevir şəhərinə də gəlmişlər. Əminə evin satışından əldə etdiyi pulu özü ilə götürmüşdü. Anası Əminəyə qardaşı İldırıma pul lazım olduğunu və bu səbəbdən də pulu qardaşına verməsini bildirmişdir. Əminə də pulu qardaşına vermişdir. O isə yol gedərkən əminəyə dəfələrlə səhv etdiyini pulu qardaşına verməli olmadığını demişdir. İldırım 2018-ci ildə özünə məxsus obyekti satdığı və Əminəyə borclu olduğu pulu qaytarmadığı zaman əminə aldandığını anlamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Cavabdeh ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, iddia tələbinə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən gətirilən sübutlar hər biri 2004-cü ilə kimi mövcud olmuş və artıq həmin vaxtdan 16 ildən daha çox müddət keçmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması iddiaçı tərindən iddia müddətinin keçməməsi və iddiaçının yalnız yaxın vaxtlarda ona olan borcun qaytarılmayacağını bilməsi məhkəmə tərəfindən inandırıcı görünmür. Bununla bağlı İddiaçı heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən prokurorluğa müraciətinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının Mingəçevir şəhər prokurorluğuna müraciət etməsi işin hüquqi nəticəsinə heç bir təsir etmir. Belə ki, iddiaçı prokurorluğa müraciəti hazırki vaxta kimi müddətin tətbiq olunmasını istisna edə bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə yuxarıda şərh olunan qanunları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, göstərilən iş üzrə Kanstitusiya Məhkəməsinin plenumunun qərarları ilə göstərilən maddələrinin şərhi nəzərə alınmaqla iddia müddəti tətbiq edilməli və iş üzrə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia müddəti tətbiq edilməklə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-364/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-364/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver