Məhkəmə qərarları › İş №2(051)-371/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-371/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-371/2023 20.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 586 manat pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla avtomobilə vurduğu 556 manat ziyanın, ödədiyi 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, baş etibarnamə ilə ona verilmiş VAZ-21074 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomaşını sürmək üçün oğlu X3 etibarnamə əsasında vermişdir. Pərviz Əliyev həmin avtomaşını xx.xx.2022-ci il tarixdə saat 19-20 radələrində Mingəçevir şəhəri Boz dağ küçəsi ilə hərəkət etdirərkən Cavabdeh idarə etdiyi “Opel Astra” markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq Pərvizi hərəkət istiqamətində idarə etdiyi avtomaşını vurub zədələmişdir. Hadisə Mingəçevir şəhər Polis şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırılaraq sənədləşdirmə aparılmışdır. Hadisə nəticəsində avtomaşına 556 manat ziyan dəymişdir. Cavabdehə avtomaşına dəymiş ziyanın məbləğini ödəməyi təklif etmələrinə baxmayaraq, ziyanı ödəmir. Ona görə də məhkəmədən Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla avtomobilə vurduğu 556 manat ziyanın, ödədiyi 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o iddinı qəbul etmir və bildirir ki, inzibati xətanın günahkarı olduğunu etiraf edir. Lakin hazırda iddiaçının iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, Məhkəmə hesab edir ki, iddiaçı maddi zərərin cavabdehdən tutulmasını tələb etsə də, VAZ-21074 maraklı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətində olmasına dir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin avtomobilin mülkiyyətçisi iddiaçı X1 deyil, X4r. Təqdim edilmş etibaramədən də görünür ki, iddiaçının sürücülük hüququ olduğu halda belə iddiaya qaldıra bilər. İş materiallarından da görünür ki, iddiaçının sürücülük hüququ yoxdur və belə hüquqa malik deyildir. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının idda tələbi etməyə subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 586 manat pul” tələbinə dair iddisı əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 586 manat pul” tələbinə dair iddisı əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar