Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-377/2021 03.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və iddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 34.60 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat olmaqla, cəmi 54.60 manat məbləğdə borcun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin (bundan sonra mətndə Məhkəmə) xx.xx.2021-ci il tarixli, 2(051)- 377/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materiaaları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının numayəndəsi cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, İddiaçı MMC ilə abunəçi Cavabdeh arasında xx.xx.2016-cı il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Borclu Əlibabayev X4 TKQ ilə bağladığı müqaviləyə əsasən qovşağın rabitə xidmətlərinin istifadə edərək abunəçisi olduğu ********** nömrəli telefonun abunə haqqını ödəməyərək cəmi 34.60 manat borcu yaranmışdır. Müqavilənin ödəniş şərtlərini əsasən Abunəçi tərəfindən istifadə edilmiş xidmətlərin dəyəri müvafiq tariflərə uyğun olaraq aylıq hesablanır və ödənilməlidir. Telefon rabitəsi, multimedia və internet xidmətlərindən istifadəyə görə aylıq abunə haqqı cari ayın 05dək ödənilir. Cari ay ərzində istifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 05-dək ödənilir. Dəfələrlə Cavabdeh TKQ tərəfindən göstərilmiş rabitə xidməti haqqının ödənilməsi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh borcunu ödəməmişdir. Buna görə də Cavabdeh 34.60 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat olmaqla, cəmi 54.60 manat məbləğdə borcun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə X1 ilə ********** nömrəli müqavilə bağlamış və ona rabitə xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsinə əlavə olunmuş arayışdan görünür ki, ünvan 1 mənzil 83 ünvanda yaşayan Cavabdeh, ********** saylı telefonun abunəçisidir. Mingəçevir şəhər TKQ tərəfindən abunəçinin istifadəsində olan telefona rabitə xidməti göstərilmişdir. Abunəçi Cavabdeh istifadəsində olan telefonun borcunu ödəmədiyi üçün onun qovşağa cəmi borcu 34.60 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 34.60 manat məbləğdə borc alınıb İddiaçı MMC-nin hesabına ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul cavabdehdən tutulub İddiaçı MMC-nin hesabına ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-377/2021
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-377/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver