Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-38/2025 03.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ona dəymiş maddi ziyana görə cavabdehİər Kərimova Naiİə İbrahim qızından 60 (altmış) manat və Cavabdeh2 400 (dörd yüz) manat məbləğində pulun alınıb ona ödəniİməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yalnız Cavabdeh2 400 manat ödənilməmiş hissə və 30 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, vətəndaşlar Cavabdeh1 və onun qızı Cavabdeh2 təxminən 2023-cü ilin avqust ayında ünvan 1 ünvanında yerləşən “Aystudio” salonunda kosmetoloji xidmətlər üçün müraciət etmişdiİər. Cavabdeh1 60 (aİtmış) manat, Cavabdeh2 üçün isə 400 (dörd yüz) manat qiymətində xidmət göstərmişdir. Ancaq onlar indiyə qədər ona etdiyi xidmətlərə görə heç bir ödəniş etməmişlər. Haqqını tələb etdikdə isə onlar işlədiyi salona gələrək salonda olan digər şəxslərin yanında nalayiq sözlər işlədərək onu təhqir etmişlər. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Polis Şöbəsinə də müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsini qəbul etmədi və bildirdi ki, İddiaçı bir neçə dəfə prosedur etdirmişdir. Elədiyi hər prosedurun ödənişini etmişdir. Lakin etdikləri proseduran heç bir nəticəsini görməmişdir. O nəticə görmədiyi barədə İddiaçı bildirdikdə o demişdir ki, dolğu etsə, effektini görəcəkdir. Özü də iki il əvvəl etdirmiş, effektini görmüşdür. İlk gün həmin dolğunun effektini görmüşdür. Sonradan heç bir effektini görməmişdir. Ona görə də qabaqcadan razılaşdıqları hissə-hissə ödənişdən imtina etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçı əvvəllər iştirak etdiyi məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir və bildirmişdir ki, vətəndaşlar Cavabdeh1 və onun qızı Cavabdeh2 təxminən 2023-cü ilin avqust ayında “Aystudio” salonunda kosmetoloji xidmətlər üçün 400 manat dəyərində xidmətlər göstərmişdir. Cavabdeh2 sərt çənə ovalı icra olunmuşdur. Onun yanına gələrək nəticə görmədiyini deyirdi. Tanışlıq vasitəsilə hissə-hissə ödənişi qəbul etmişdir. Aysuna “Grand Aesthetics”in filarmoniya gelini istifadə etmişdir. Həmin gelin qramı 130-150 manatdır. Ona 3 qram 450 manata olmaqla dolğu etmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Hidayətova X1 şəhəri, Naxçıvan küçəsi, 79C ünvanında yaşayır. İşdə olan 29 iyun 2020-ci il tarixdə İddiaçı “Rusiya xalqlar dostluğu Universiteti” X2 Ali Təhsil müəssisəsi tərəfindən verilmiş diplomdan görünür ki, o Moskvada müalicə işi fakültəsinin həkimlik ixtisasını bitirmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli Mingəçevir-Politexnik İnstitutu tərəfindən verilmiş diplomdan görünür ki, İddiaçı istilik energetikası, maşın və qurğuları ixtisası üzrə ali təhsil almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli sertifikatdan görünür ki, İddiaçı "xxxx" Şirkətinin təşkil etdiyi təlim-tədris seminarında iştirak etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli sertifikatdan görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən keçirilmiş seminarda iştirak etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli sertifikatdan görünür ki, İddiaçı “Botoks, dolğu və saplar” seminarında iştirak etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli sertifikatdan görünür ki, “Cog Mono saplar” seminarında iştirak etmişdir. İşdə olan xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş “nikah haqqında şəhadətnamə”dən görünür ki, 20 fevral 2007-ci il tarixdə 87 № ilə qeyd edilmiş nikah bağlamışlar. İşdə olan “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli, 2(051)-1076/2024 saylı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının alınması və rəy verilməsi mümkün olmamışdır. İşdə olan “məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi” tərəfindən verilmiş məktubdan görünür ki, şəxsi Cavabdeh2 hal-hazıra qədər təqdim edilmədiyinə görə qərar icrasız olaraq geri qaytarılır. İşdə olan “məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi” tərəfindən verilmiş məktubdan görünür ki, şəxsi Cavabdeh2 hal-hazıra qədər təqdim etmədiyinizə görə qərar icrasız olaraq geri qaytarılmışdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 kosmetoloq İddiaçı uzun müddət tanıdığından sonuncu dəfə ona razılaşdırılmış hissə-hissə ödəniş etmək şərtilə sərt çənə ovalı kosmetoloji prosedurunu etdirmişdir. Tərəflərin izahatları ilə müəyyən edildi ki, cavabdeh göstərilmiş xidmətdən narazı qaldığından və arzu etdiyi nəticəni almadığından xidmət müqabilində iddiaçıya ödəniş etməmişdir. Mülki məhkəmə icraatı zamanı isə İddiaçı tərəfindən Cavabdeh2 edilən kosmetoloji xidmətlər və prosedurların icrası zamanı nöqsana yol verilib-verilməməsi ilə bağlı məhkəmə ekspertizasının keçirilməsi qərara alınsa da, lakin cavabdeh hər dəfə ekspertizaya getməkdən müxtəlif səbəblərə görə yayınmışdır. Belə olan halda etirazının əsası kimi sübutetmə yükü cavabdehin üzərinə düşür. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının cavabdehdən 400 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia təmin edilməli, cavabdehdən 400 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumu 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh2 dəymiş maddi ziyanın əvəzi olaraq 400 (dörd yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu 30 (otuz) manat məbləğində Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-38/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-38/2025
03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver