Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-382/2021 25.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı QBKT “Finca Azerbaijan” MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QBKT “Finca Azerbaijan” MMM cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QBKT “Finca Azerbaijan” MMM-nin nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı QBKT “Finca Azerbaijan” MMM-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, QBKT “Finca Azerbaijan” MMM ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0826 №li müqaviləyə əsasən cavabdeh kredit təşkilatından illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit almışdır. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli, **********0826-943826 №li zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehlərin 3055.00 manat əsas borcu və 1077.00 manat faiz borcu olmaqla, cəmi 4132.00 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, 4132.00 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq “QBKT “Finca Azerbaijan” MMM-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də QBKT “Finca Azerbaijan” MMM ilə bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 3000 manat məbləğində kredit almış, maddi imkanı olmadığı üçün krediti vaxtında ödəyə bilməmişdir. Kredit borcunun hissə-hissə ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, Cavabdeh1 iddiaçıdan götürdüyü kreditin ödənilməsi təminatı olaraq, onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Maddi imkanı olmadığına görə kredit borcunu tam ödəyə bilməmişdir. Məhkəmə cavabdehləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı QBKT “Finca Azerbaijan” MMM ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0826 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan QBKT “Finca Azerbaijan” MMM ilə Qasımov Samiq Saleh oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0826-943826 №li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərilərinə götürmüşlər. İşə əlavə edilmiş kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh1 «QBKT “Finca Azerbaijan” MMM-dən xx.xx.2020-ci ildə 3000 manat məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 3055.00 manat əsas borc və 1077.00 manat faiz borc olmaqla, cəmi 4132.00 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlər tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 3055.00 manat əsas borc və 1077.00 manat faiz borc olmaqla, cəmi 4132.00 manat kredit borcu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı QBKT “Finca Azerbaijan” MMM-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3055.00 (üç min əlli beş) manat əsas borc və 1077.00 (bir min yetmiş yeddi) manat faiz borc olmaqla, cəmi 4132.00 (dörd min bir yüz otuz iki) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb iddiaçı QBKT “Finca Azerbaijan” MMM-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-382/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-382/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver