Məhkəmə qərarları › İş №2(051)-389/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-389/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-389/2025 11.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, İddiaçı cavabdeh X1 hüquqi varisi Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 hüquqi varisi Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X2 hüquqi varisi Cavabdeh 2000 ABŞ dolları pulun qətnamə icra olunan günə manat məzənnəsi ilə və 54 manat dövlət rüsumunun alınıb ona verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı cavabdehi uzun illərdir, tanıyır. Belə ki, cavabdehin atası ilə birlikdə işləmişlər və yaxşı münasibətləri olmuşdur. Cavabdehin atası ilə yaxşı münasibətləri olması səbəbindən ona həmişə pulla bağlı alışverişləri olmuşdur. Ondan borc alsa da, hər zaman borcunu vaxtında qaytarmışdır. Lakin 2022-ci ildı cavabdeh ondan 2000 ABŞ dolları məbləğində borc pul alsa da, sözügedən məbləği ona qaytarmır. Cavabdehlər onun etibarından istifadə edərək 2000 ABŞ dolları pulunu mənimsəmişdir. Bununl əlaqədar Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdi və ona məhkəməyə müaciət etməyi məsləhət bilinmişdir. Cavabdehlər onun etibarından suiistifadə etməklə əldə etdiyi pulu qaytaraqdan imina edir. Cavabehə dəfələrlə boclu olduğu pulu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə etmək məcburiyyətində qalmışdır. X3 rəhmətə getmiş və onun hüquqi varisi Cavabdehdur. Onun tərəfindən verilmiş sənədlərlə və sübutlarla cavabdehin özünün və hüquqi varisinin sözügedən borcu sübut olunur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X1 hüquqi varisi Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 2000 ABŞ dolları pulun atasından ona borc kimi qaldığını qəbul edir. Lakin onun həmin borcu bir dəfəyə ödəməyə imkanı çatmır. Bundan başqa qeyd edir ki, CD- Diskdəki səs yazısı da ona məxsusdur. O həmin borcu yalnız hissə-hissə ödəyə bilər. Məhkəmə iddia ərizəsini, iddiaçı və cavabdehin məhkəmə iclasları zamanı verdikləri izahatları dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, müraciətində göstərilən xüsusatlar məhkəmə orqanları səlahiyyətlərinə aiddir. Məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan CD-Diskdəki səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, danışan şəxs digər şəxsə borcu olduğunu bildirir və qaytaracağını vəd edir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında həmin səs yazısının ona məxsus olduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin, cavabdehin iddianı qəbul etməsinin və sübut kimi təqdim edilmiş audio yazı olan diskin tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, həqiqətən də iddiaçı ilə cavabdehin atası arasında şifahi sövdələşmə edərək aralarında razılığa gəlmişlər. Bu razılaşmadan sonra iddiaçı tərəf cavabdehin atasına, sonuncunun xahişi ilə 2000 ABŞ dolları borc pul vermişdir. Razılaşmaya əsasən cavabdehin atası iddiaçıdan aldığı borc məbləğini qısa zamanda qaytaracağını bildirmişdir. Cavabdehin atası həmin borcdan heç bir ödəniş etməmişdir. Sonra isə cavabdehin atası aralarında əldə etdikləri şifahi razılaşmanı pozaraq iddiaçıdan aldığı pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin isə öz növbəsində bu danışıqlardan xəbəri olmuşdur. Hazırda isə cavabdeh həmin borcun atası öldüyündən, ona məxsus olduğunu qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul edir və iddianın təmin edilməsi zamanı nəzərə alır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Beləliklə işin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi şəkildə borc müqaviləsi bağlanmışdır. Lakin cavabdeh iddiaçıdan aldığı borc məbləğini qaytarmaqdan imtina etmişdir. Beləliklə, cavabdehin iddiaçıya 2000 ABŞ dolları borcunun qalması iş materialları ilə tədqiq olunaraq sübuta yetirilmiş və bundan əlavə cavabdeh özü də iddianı qəbul etmişdir. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə aralarında əldə edilmiş şifahi razılaşma öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 54 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş 54 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 №-li, 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 hüquqi varisi Cavabdeh 2000 (iki min) ABŞ dolları (“Qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54 (əlli dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar