Məhkəmə qərarları › İş №2(051)-392/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-392/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-392/2021 04.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qızına qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, borclu Cavabdeh 2816,64 ABŞ dolları məbləğdə əsas, 1745,58 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 4562,22 ABŞ dolları məbləğdə borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Mingəçevir şəhər Məhkəməsinin 08.12.2016-cı il tarixli 2(051)-6721/2016 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bundan sonra borclu Cavabdeh əmrə etiraz vermiş və məhkəmənin 08.12.2016-cıil tarixli qərardadı ilə əmr ləğv edilərək, material iddia icraatına keçirilib, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 ərizəyə uyğun izahat verərək məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı ASC-nin Mingəçevir filialı ilə Cavabdeh qızı arasında 06.04.2015-ci il tarixdə № 09-15-11-014891 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh qızına illik 28%, 48 ay müddətinə olmaqla 3170 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə № 09-15-11-014891 saylı kredit müqaviləsinin 4.2-ci maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 06-dan gec olmayaraq 110,48 ABŞ dolları məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə uyğun olaraq nəzərdə tutulmuşdur. Cavabdeh qızı Kredit Müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etmir. Tərəflərindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu ödəməmişdir. Belə ki, MİN/794 saylı arayışa əsasən Cavabdeh qızının 14.11.2016-cı il tarixinə İddiaçı ASC-yə əsas borcu 2816,64 ABŞ dolları məbləğdə, 1745,58 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 4562,22 ABŞ dolları məbləği təşkil edir. Ona görə də məhkəmədən Cavabdeh qızından əsas borcu 2816,64 ABŞ dolları məbləğdə, 1745,58 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 4562,22 ABŞ dolları məbləğin və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qızı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı ASC ilə 06.04.2015-ci il tarixdə № 09-15-11-014891 saylı kredit müqaviləsi bağlayaraq, 48 ay müddətinə, 28% illik faiz dərəcəsi olmaqla 3170 ABŞ dolları məbləğdə kredit götürmüşdür. İlk vaxtlar ödəniş cədvəlinə uyğun ödəniş etmişdir. Sonradan maddi vəziyyəti pisləşdiyi üçün borcunu ödəyə bilməmişdir. Lakin o, iddia ərizəsində yazılmış məbləğlə razı deyil. Məhkəmədən izahatına uyğun qərar çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş 06.04.2015-ci il tarixdə İddiaçı ASC ilə № 09-15-11-014891 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh qızı 06.04.2015-ci il tarixdə İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, 48 ay müddətinə, 28% illik faiz dərəcəsi olmaqla 3170 ABŞ dolları məbləğdə kredit götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC-nin 14 noyabr 2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh qızının 14 noyabr 2016-cı il tarixdə İddiaçı ASC-nə 4562,22 ABŞ dolları məbləğdə borcu qalmışdır. İddia ərizəsinə əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli № 9/2052 saylırəyinin nəticəvi hissəsindən görünür ki, 06.04.2015-ci il tarixli 09-15-11-014891 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh qızının 14 noyabr 2016-cı il tarixə İddiaçı ASC-nə olan borcu ümumilikdə 3718,56 ABŞ dolları məbləği müəyyən edilmişdir. Belə ki, əsas borcu 2889,33 ABŞ dolları faiz borcu isə 829,24 ABŞ dolları hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Məhkəmə iş materiallarını, tərəflərin izahatını və ekspert rəyini müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdeh X1 qarşı olan iddiası qismən təmin olunmalıdır. Belə ki, qətnamə ekspertizanın rəyinə uyğun çıxarılarsa bütün sübutlara obyektiv qiymət verilməsinə və ədalət mühakiməsinin tam araşdırılmasına dəlalət edər. İddia ərizəsi və məhkəmə muhasibatlıq ekspertizası tərəfindən verilmiş rəy müqayisə olunduqda ekspertizanın daha ədalətli və real olması müşahidə olunmuşdur ona görə də məhkəmə ekspertiza rəyini daha mötəbər sübut kimi qəbul edərək iddianın əsas borc və faiz hissəsində ekspert rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehlərdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İddia ərizəsindən göründüyü kimi cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh qızının əsas borcu 2889,33 ABŞ dolları, faiz borcu 829,24 ABŞ dolları və cəmi 3718,56 ABŞ dolları müəyyən edilməli, həmin məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı ASC-nə verilməlidir. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul cavabdehdən tutulub İddiaçı ASC-nə ödənilməlidir. Ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehlərdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qızından əsas borcu 2889,33 (iki min səkkiz yüz səksən doqquz dollar otuz üç sent) ABŞ dolları, faiz borcu 829,24 (səkkiz yüz iyirmi doqquz dollar iyirmi dörd sent) ABŞ dolları və cəmi 3718,56 (üç min yeddi yüz on səkkiz dollar əlli altı sent) ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul cavabdehdən tutulub İddiaçı ASC-nə ödənilsin. Ödənilməmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti hverilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar