Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-392/2023 17.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı, İddiaçı Cavabdeh qarşı kirayəçinin evdən çıxarılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cavabdehin və onun oğlunun iddiaçıya məxsus olan ünvan 1dən çıxarılması və ödədiyi 101 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ona məxsusdur və o xx.xx.2018-ci il tarixdə həmin mənzili Cavabdeh bir illik kirayə vermişdir. Üç ildən çox vaxt keçməsinə baxmayaraq cavabdehi həmin mənzildən çıxara bilməyib və cavabdeh həmin ünvanda oğlu ilə birgə yaşayır. Lakin cavabdeh kommunal xərcləri və kirayə pulunu ödəmir. O dəfələrlə cavabdehdən mənzildən çıxmasını xahiş etsə də, cavabdeh mənzildən çıxmayacağını deyərək onu və həyat yoldaşını nalayiq ifadələrlə təhqir edir. Onların mənzildən istifadə etməsi mülkiyyətçinin mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdırır. O və həyat yoldaşı xəstədirlər, aldıqları pensiya onların yaşaması üçün vacib olan dərmanlarını almağa yetmir. Buna görə də, həmin mənzili satmağa məcburdurlar. Odur ki, cavabdehin və onun oğlunun iddiaçıya məxsus olan ünvan 1-dən çıxarılması və ödədiyi 110 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, cavabdehə evi 1 illik kirayə vermişdir. Sonradan cavabdehin anasının vəfatı və oğlunun həbsdə olması ilə bağlı tək qalmış və ona tək qaldığını bildirərək evdən istifadə üçün ona vaxt verməsini xahiş etmişdir. Lakin oğlunun həbsdən çıxmasına baxmayaraq artıq 3 ildir evdən çıxmırlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclası zamanı Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, 2017-ci ildə maddi vəziyyətləri çətinləşdiyi üçün öz evlərini satıblar. Daha sonra o maklerə müraciət edərək ona uzun müddət yaşaya biləcəyi bir ev tapmağını xahiş edib və makler də onun üçün bu evi tapıb. İddiaçı isə ona evdə istədiyi qədər yaşaya biləcəyini deyib. Evin kirayəsi üçün hər ay 150 manat pul ödəyir və heç vaxt ödənişi gecikdirməyib. İddiaçı ona evdən çıxması barədə heç bir xəbərdarlıq etməyib. Odur ki, havanın soyuq olmasını və yeni ev tapmağın çətin olduğunu nəzərə alaraq ona may ayına qədər vaxt verilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan kirayə müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanı aylıq 150 manat kirayə haqqı ödənməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh kirayə verilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. İş materiallarından göründüyü kimi İddiaçı məxsus olan ünvan 1 ünvanı 1 illik, aylıq 150 manat kirayə haqqı ödənməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh kirayə verilmişdir. Lakin cavabdeh artıq 3 ildir ki həmin mənzildə yaşayır. İddiaçının dəfələrlə cavabdehin mənzildən çıxması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq cavabdeh mənzildən istifadəni indiyədək davam etdirir. Belə olduğu halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh özgəsinin mülkiyyətinə qanunsuz sahibliyi həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahəsi dən istifadə hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdehə məxsus ünvan 1 ünvanından çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 101 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 101 (bir yüz bir) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-392/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-392/2023
17.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver