Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-4/2025 03.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən əsas borc üzrə 1464.06 manat, faiz borcu üzrə 259.91 manat olmaqla ümumilikdə 1723.97 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1885/2020 saylı qərardadı ilə mülki işin icraatı dayandırılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-46/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə, saat 09:50-ə təyin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-12/2023 saylı qərardadı ilə mülki işin icraatı dayandırılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-4/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə, saat 10:15-ə təyin edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Belə ki, işə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Ona qarşı verilmiş iddia isə xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası MPM-in 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə, həmçinin nəzərə alır ki, hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs tərəf kimi qəbul edilə bilməz, çünki cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə işdə tərəf statusunu əldə etməmişdir. Azərbaycan Respublikası MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Belə olan halda iddiaçıya izah edilməlidir ki, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261,262, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində yenidən məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-4/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-4/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver