Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-407/2024 07.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehn qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və 80 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, çoxdan tanıdığı Cavabdeh əmlakını satmaq adı altında, qısa müddətə qaytarmaq niyyəti ilə ondan 2019-cu ilin avqust ayında 6000 manat pul almışdır. Uzun müddət keçməsinə baxmayaraq cavabdehdən borc verdiyi 6000 manatı ala bilmir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edir. Bu barədə o, xx.xx.2022-ci ildə Cavabdeh poçt vasitəsi ilə xəbərdarlıq məktubu göndərdi. Lakin heç bir nəticəsi olmadığı üçün xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Baş Prokuroruna şikayət ərizəsi ilə müraciət etmişdir. Mingəçevir ŞPŞ-də araşdırma zamanı Cavabdeh etiraf etdi ki, həqiqətən də ondan torpaq satmaq niyyəti ilə 6000 manat pul almışdır. Mingəçevir ŞPŞ-nin İB-dan ona cavab vermişdilər ki, yaranmış mübahisə mülki xarakterli mübahisədir və məhkəməyə müraciət edilməidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Odur ki, Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və 80 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında göstərmişdir ki, onun torpağı var idi, həmin torpaqda 4 otaqlı ev tikmişdir. İddiaçı ilə əvvəldə tanışlıqları var idi. İddiaçı ona bildirdi ki, onun torpağını almaq istəyir. O, evin təxminən 80-90 min qiyməti var idi. Lakin o ev üçün Təhmasibə 65000 manat vermişdir. Həmin vaxt torpağın sənədi qaydasında deyildir və özəlləşdirmək lazım idi. Evin sənədləşməsi üçün 15000 manat pul istədilər. O, bu barədə Təhmasibə bildirdi ki, onun maddi imkanı yoxdur. Təhmasibə təklif etdi ki, sənədləşməni birlikdə etsinlər. O, 10000 manat başqa bir adamdan sələmə pul götürdü, 5000 manatda Təhmasib ona verdi. Ondan sonra torpağı özəlləşdirdi. Sonra Asan xidmətdə notarius ofisinə getdilər və orada sənədləşmə üçün əlavə 1000 manat pul lazım oldu Təhmasib orada əlavə olaraq ona 1000 manat da verdi. Daha sonra evin qiymətində onlar razılaşa bilmədilər və evi geri qaytardı. Bir müddət sonra onu polis şöbəsinə çağırdılar. O, orada izahat verdi. Polis şöbəsində o, Cavid müəllimə 1500 manat pul verdi ki, həmin pulu Təhmasibə versin. Ondan sonra yenidən Cavid müəllimə iki dəfə olmaqla 250 manat cəmi 500 manatda bir vermişdir. Cəmi olaraq Cavidə artıq 2000 manat pul vermişdir ki, Təhmasibə versin. Daha sonra o, pulun Təhmasibə verilmədiyi müəyyən edildi. O, etiraf edir ki, həqiqətən də Təhmasibə 6000 manat borcu vardır. Lakin maddi imkanı olmadığı üçün həmin pulu Təhmasibə qaytara bilməmişdir. Odur ki, izahatında qeyd olunanlara dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məkytundan görünür ki, İddiaçı Cavabdeh ona olan 6000 manat borcunun könüllü şəkildə qaytarılmasını təklif etmişdir. İş materiallarında olan şikayət ərizəsindən görünür ki, İddiaçı Cavabdeh barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ünvanlamışdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyun 2023-cüvil tarixli qərardan görünür ki, Cavabdeh İddiaçı 6000 manat borcunun olduğunu etiraf etmişdir, cinayət işinin başlanması cinayət hadisəsi müəyyən edilmədiyi üçün rədd edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, cavabdehin iddiaçı ilə aralarında olan sövdələşməyə iddiaçıya 6000 manat borcu vardır. Lakin maddi imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Məhkəmə iclası zamanı cavabdeh iddiaçıya olan borcunu etiraf edərək maddi imakanı düzələn kimi borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş 80 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan İddiaçı xeyrinə 6000 (altı min) manat məbləğində borcun pul və dövlət rüsumu kimi ödənilmiş 80 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində borc pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-407/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-407/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver