Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-411/2022 11.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Habib qızından 18000 (on sokkiz min) manat pulun alnıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı Cavabdeh Hobib qızını uzun müddətdir ki, tanımış və onunla yaxşı munasibətləri olmuşdur. Cavabdeh iddiaçıya yaxınlaşaraq pula ehtiyaci olduğunu bildirdi və ondan 18000 (on sokkiz min) manat məbləğdə borc pul istədi. Həmin vaxt İddiaçı qeyd olunan məbləğdə pul olmadığına görə o, qohum-əqrabaısndan pul top1amağa baş1amışdır. Beləliklə də cavabdeh 01 yanvar 2018-ci ildə 18000 (on sokkiz min) manat məbləğdə pul toplayaraq cavabdehə borc pul vermişdir. Cavabdeh də iddiaçıdan aldığı borc pulu yaxin vaxtda qaytaracagına soz vermiş və ondan pul almasına dair qəbz yazaraq öz imzası ilə təsdiq etmidir. Aradan bir müddət keçəndən sonra İddiaçı Cavabdeh ona olan borcunu qaytarmasini tələb etmişdir Lakin, bunun hec bir nəticəsi olmamış və cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. İddiaçı pulunu başqa qaydada cavabdehdən ala bilmir. Buna gödə də olacsiz qalib məhkəməyə müraciət etməli oldu. Odur ki, Cavabdeh Habib qızından 18000 (on sokkiz mm) manat pulun alnıb İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, düzdür o, İddiaçı borc pul almışdır. Lakin həmin borc pulun məbləği 18000 manat deyil 4000 manat olmuşdur. Həmin borcla bağlı qəbzdəki yazılan sözlərdə onun xətti ilə yazılmışdır. Həmin qəbzdəki imza da özünə məxsusdur. Ancaq onu qeyd edir ki, iddiaçı həmin məbləği ona məcbur olaraq hədə qorxu gələrək yazdırıb. Bundan başqa iddiaçı onun qızını oğurlatdıracağını bildirmiş, oda qorxudan qəbzə imza edərək borcu etriaf etmişdir. Bundan əlavə dəfələrlə Qalaksi firmasından qazan dəsti, qab-qacaq alaraq borcun əvəzi olaraq Tünzaləyə vermişdir. Dəfələrlə Tünzalənin lombardda olan borcunu ödəmişdir. Həmin ödəniş qəbzlərindədən də bəzilərini məhkəməyə təqdim etmiş, digərlərini isə lombard sahibi vermədi ki, Tünzalə icazə vermir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınaraq qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, cavabdeh Tünzalə İbtrahimovadan 18000 manat məbləğində pul aldığını imzası ilə təsdiq etmişdir. İşdə olan ödənilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən “BOKT İNTERNATİONAL MİNGƏÇEVİR”-ə cəmi 1717 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehə cəmi 18000 manat borc pul vermiş, cavabdeh isə həmin borc pulun iddiaçıya yaxin vaxtda qaytaracagina soz verərək və ondan pul almasina dair qəbz yazaraq öz imzasi və etirafı ilə təsdiq etmişdir. Məhkəmə iclası zamanı həqiqətən də cavabdehin iddiaçıdan şəxsi ehtiyacları üçün 18000 manat məbləğində pul aldığı, tərəflərin izahatı, həmçinin iş materiallarına əlavə edilən sənədlərlə də müəyyən edilmişdir. Qeyd olunan borcdan bir qismi yəni 1717 manatının cavabdeh tərəfindən iddiaçıya qaytarılmasıməhkəmə iclasında araşdırlaraq ödənilən ödəniş qəzləri vasitəsi ilə ödənilməsi təsdiqini tapmışdır. Lakin qeyd olunan borcun cavabdeh tərəfindən tam olaraq iddiaçıya qaytaırlmasını cavabdeh heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən 18000 manat məbləğində borc şəklində verilməsini və hazırda da həmin borc məbləğinin cavabdeh tərəfindən ödənilməməsi və ya qismən ödənilməsini sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin iş materiallarında olan cavabdeh tərəfindən imzalanan qəbz vasitəsi ilə mövcudluğunu etiraf etdikləri halda, iddiaçıya ödənilməsini sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. İş matriallarından da eləcədə işə əlavə edilmiş cavabdeh tərəfindən əlyazma vasitəsi ilə pulun iddiaçıdan aldığını təsdiq edən kağız üzərində yazılı və imzalı qəbzdən də görünür ki, cavabdeh həqiqətən də iddiaçıdan 18000 manat borc aldığını məhkəmə iclası zamanı etiraf etməsə də, iddiaçıdan 4000 manat məbləğdə borc aldığını, həmin qəbzi öz imzası ilə təsdiq etdiyini və iddiaçıdan borcun aldığını etiraf etmişdir. Cavabdeh iddiaçıdan 4000 manat məbləğdə borc pul almasını və həmin pulun çox hissəsini iddiaçıya qaytardığını bildirsə də, bu barədə məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. Digər tərəfdən isə cavabdehin iddiaçıdan pul aldığını etiraf etməsi və bu barədə öz iradə ifadəsini göstərərək qəbzə imza etməsi iddiaçının həqiqətən də tələbinin qismən əsaslı olduğuna dəlalət edir. Beləliklə məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin öz etirazlarının əsası kimi istinad etdiyi hallar məhkəmədə öz təsdqini tapmadığı üçün əsassız hesab edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində, həmçinin işin mübahisə edilməyən həqiqi hallarına əsasən müəyyən etdi ki, cavabdehin iddiaçıya 16283 manat (18000-1717=16283) borcu qalmış, cavabdeh tərəf isə həmin borcu iddiaçı tərəfə qaytarmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında şifahi formada predmeti pul məbləği və digər əvəz edilən əşyalar olan borc müqaviləsi bağlandığından tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsi ilə əlaqədar olaraq borcla bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlikləri tənzimləyən normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1–ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatlarının tədqiqi zamanı müəyyən olunur ki, onlar arasında şifahi şəkildə borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan borc pul və digər əvəz edilən əşyalar alan zaman, qısa müddətdə olduğu kimi həmin borcu qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etməmişdir. Bununla da İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 16283 manat məbləğində borcunun olması sübuta yetirildiyindən, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh 16283 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 16283 (on altı min iki yüz səksən üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-411/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-411/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver