Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-412/2023 25.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibaranmə üzrə nümayəndəsi X3 və İddiaçı etibaranmə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər X10, X13 və Cavabdeh qarşı “avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş maddi ziyanın əvəzi olaraq 1615 manat məbləğdə pulun, ödənilmiş 40 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat məbləğdə pulun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 1869 manat məbləğdə pulun, ödənilmiş 150 manat ekspertiza xərcinin, 40 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat məbləğdə pulun alınaraq İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin belə əsaslandırmışdır ki, oğlu X11 2007-ci ildə Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahınlarından 01 yanvar 2009cu il tarixdə Şirəli və 01 aprel 2010-cu il tarixdə Nihat adlı uşaqları dünyaya gəlmişdir. Bir müddət onlar mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir şəhər Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və uşaqların analarının yanında qalmaları müəyyən olunmuşdur. Bundan başqa “Opel Astra” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və onun mülkiyyətindədir. O həmin avtomobili idarə etmək üçün etibarnamə əsasında oğlu Ayaz Qasımova vermişdir. Oğlu həmin avtomobili 20 noyabr 2022-ci il tarixdə kirayəşin yaşadığı, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 6-A saylı binanın qarşısında saxlayan zaman, həmin gün saat 04:55 radələrində onun övladları Şirəli Qasımlı və Nihat Qasımlı avtomobilin 4 ədəd təkərlərini deşmiş, sol qarşı, arxa sağ, arxa və ön şüşələrinin, qarşı sağ və arxa işıqlarının şüşəsini sındırmış, avtomobilin bel hissəsini əzmiş, eyni zamanda da avtomobilin sol toz olan tərəfində “salam ata” və avtomobilin arxa tərəfinə “salam ata Şirəli” sözlərini yazmışlar. Bundan sonra aidiyyəti üzrə faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsinə müraciət olunmuşdur. Şikayət araşdırma aparılmış və araşdırma nəticəsində avtomobilinin nəvələri tərəfindən yararsız vəziyyətə gətirildiyi müəyyən olunmuşdur. Eyni zamanda da Mingəçevir şəhər Polis Şöbəsindən dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. "xxxx" MMC-nin nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smetasına əsasən ona məxsus avtomobilə 1615 manat məbləğdə maddi ziyan dəymişdir. Cavabdehdən dəfələrlə avtomobilinə dəymiş zərərin əvəzini ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. İddiaçı etibaranmə üzrə nümayəndəsi X11 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı etibaranmə üzrə nümayəndəsi və vəkili Vəkil iddiakçının iddiasına uyğun məzmunda izahat verdi və iddianını təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X7 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə əsasən 14 yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün onun valideynləri və ya qəyyumu zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Cavabdeh məsuliyyətini göstərən hal öz təsdiqini tapmalıdır. Uşaqların avtomobilə zərər vurduğunu göstərən hal öz təsdiqini tapmalıdır. Bundan başqa Ayaz Qasımov cavabdeh tərəfdən İİİ şəxs qismində işə cəlb olunmalıdır. Birincisi diskə baxış keçirilməsini xahiş edir. İkincisi Cavabdeh zərərin vurulduğu zaman Bakıda olmuşdur. Uşaqlar həmin vaxt Ayaz Qasımovun yanında olmuşdur. Buna görə də uşaqların vura biləcəyi zərərə görə Ayaz Qasımov məsuliyyət daşıyır. Cavabdeh bildirmiş ki, uşaqların belə bir hadisə törətməsindən xəbəri yoxdur. Sübut kimi təqdim edilmiş DVD diskdən heç bir şey görünmür. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar məhkəmə üçün prosessual əhəmiyyət daşımır. Söhbət son nəticədən gedir. Bununla da o bildirir ki, avtomobilə uşaqların zərər vurmasına dair heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Opel Astra minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İşə əlavə olunmuş Mingəçevir ŞPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Cavid Kərimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən, vət. X3 müraciəti əsasında toplanmış material üzrə, onun övladları, X4 və X8 əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, 2009-cu il təvəllüdlü X10 və 2010-cu il təvəllüdlü X1 şəhər polis şöbəsinin YYCİTQ-u tərəfindən profilaktiki qeydiyyata alınması üçün Qərarın surəti aidiyyəti üzrə verilmiş və cinayət işinin rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək, bundan əlavə ona dəymiş maddi ziyanın ödənilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması vət. X9 izah edilmişdir. İşə əlavə olunmuş AZ-İ seriyalı 354408 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X12 arasında nikaha qətnamə əsasında xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İşə əlavə olunmuş ƏN-Vİ seriyalı, 272831 №-li nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı X9 nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini vermişdir. İşə əlavə olunmuş nəqliyyat vasitələrinin təmirinə dair Smetadan görünür ki, İddiaçı Opel Astra minik markalı nqəliyyat vasitəsinin təmirinə cəmi 1615 manat xərci çıxmışdır. İşə əlavə olunmuş foto şəkillərdən görünür ki, avtomobilin şüşələri sındırılmış, avtomobilin yan və arxa hissəsinə «salam ata» və «əli» sözləri yazılmışdır. Həmçinin xx.xx.2022-cxi il tarixdə uşaqlar anaları ilə olması və birinin ağ şalvarda, birinin isə qara şalvarda olması görünmüşdür. İş materiallarına əlavə edilmiş video yazılardan görünür ki, maşına zərər vurulduğu vaxt yəni, xx.xx.2022-ci il tarixdə saat 04:52 radələrində video çəkilişə düşən uşaqlar həmin foto şəkildə görünən birinin ağ şalvarda, birinin isə qara şalvarda olan uşaqlar eynidir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı Ayaz oğlunun mülkiyyətində olan və etibarnamə əsasında X3 istifadəsində olan Opel Astra markalı, 45-bl-665 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin dəyərinin müəyyən edilməsi üzrə xərc yanaşması metodundan istifadə etməklə aparılmış hesablamaların nəticəsinə uyğun olaraq 25 aprel 2023-cü il tarixli bazar dəyəri 1869 manat həcmində müəyyən edilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisə hansı öhdəlikdən irəli gələn münasibətlərdən olması müəyyən olunmalıdır. İş materiallarından və işin faktiki hallarından da görünür ki, hal-hazırki mübahisə hüquq pozuntusundan və ziyan vurmaq nəticəsində əmələ gələn öhdəlikdir və mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər azyaşlı X10, X13 iddiaçının nəvələri və onların qanuni nümayəndəsi Cavabdeh isə iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu X11 ilə Cavabdeh nikahda olmuş və onların birgə nikahdan hal-hazırki iş üzrə cavabdehlər xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X13 anadan olmuşlar. X11 ilə Cavabdeh ailə münasibətləri pozulduğu üçün Mingəçevir şəhər məhkəməsinin 2(051)- 886/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikaha xitam verilmiş və birgə nikahdan doğulmuş, hal-hazırki iş üzrə cavabdehlər xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X13 analarının yanında qalması müəyyən edilmişdir. Nikah pozulduqdan sonra X11 ilə Cavabdeh arasında bir neçə ailə münasibətləri zəminində məhkəmə mübahisələri olmuşdur. Hal-hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus avtomobilə nəvələri tərəfindən maddi ziyan vurulduğunu və həmin ziyana görə pul tələbi irəli sürmüşdür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehlərin iddiaçıya maddi ziyan vuramalarının sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, iş üzrə təyin edilmiş ekspertiza rəyini, məhkəməyə iddiaçı tərəfindən tədim edilmin fotoşəkilləri və video yazıları rəhbər tutaraq hesab edir ki, avtomobilə vurulmuş zərərin 2009-cu il təvəllüdlü X10 və 2010-cu il təvəllüdlü X14 tərəfindən vurulması sübuta yetirilmişdir. Məhkəmə həmin sübutları işin faktiki hallarına uyğun hesab edir və foto şəkillər və video yazılar bir-birini tamaladığı üçün mötəbər sübut kimi qəbul edərək hüquqi qiymət verir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin sübutlardan müəyyən olunur ki, “Opel Astra” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur və onun mülkiyyətindədir. O həmin avtomobili idarə etmək üçün etibarnamə əsasında oğlu Ayaz Qasımova vermişdir. Ayaz Qasımov həmin avtomobili 20 noyabr 2022-ci il tarixdə kirayəşin yaşadığı, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 6-A saylı binanın qarşısında saxlayan zaman, həmin gün saat 04:55 radələrində cavabdehlər Şirəli Qasımlı və Nihat Qasımlı avtomobilin 4 ədəd təkərlərini deşmiş, sol qarşı, arxa sağ, arxa və ön şüşələrinin, qarşı sağ və arxa işıqlarının şüşəsini sındırmış, avtomobilin bel hissəsini əzmiş, eyni zamanda da avtomobilin sol toz olan tərəfində “salam ata” və avtomobilin arxa tərəfinə “salam ata Şirəli” sözlərini yazmışlar. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Bundan başqa məhkəmə hesab edir ki, həmin uşaqlar xx.xx.2020-ci il tarixli, 2(051)- 886/2020 saylı qətnaməyə əsasən Cavabdeh himayəsinə verildiyindən onların vurduğu zərərə görə məsuliyyəti onların qanuni nümayəndəsi Cavabdeh daşıyır. Belə ki, iş materiallarına əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-886/2020 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X14 adlı uşaqların iddiaçı X5 yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.3-cü maddəsçinə əsasən 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil baladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə əsasən On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Məhkəmə iş materiallarını əhatəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı mötəbər sübutlar irəli sürərək cavabdehin ona maddi ziyan vurduğunu sübut etmişdir. Məhkəmə ekspert rəyini elmi tədqiqata əsaslandığından mötəbər sübut kimi qəbul edir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh 1869 (bir min səkkiz yüz altmış doqqquz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 40 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə ekspertiza xərci olan 150 manat məbləğində pul və vəkilə ödənilmiş 300 manat məbləğdə pul Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1869 (bir min səkkiz yüz altmış doqqquz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pul və vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğdə pul Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-412/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-412/2023
25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver