Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-415/2025 19.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ona olan 3380 manat məbləğində borcun, kredit müqaviləsinin rəsmiləşdirilməsinə görə ödənilmiş 115 manatın və 55 manat dövlət rüsumunun, cəmi 3550 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdehlə aralarında 6 saylı ASAN XİDMƏT Mərkəzinin notariat ofisində bağlanmış olan 13 iyun 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 6600 manat pulu cavabdehə vermişdir. Aralarında bağlanmış Kredit müqaviləsinin 2-ci maddəsinə görə, cavabdeh (Borcalan) kredit məbləğini xx.xx.2023-cü il tarixədək ona qaytarmalı idi. Lakin öhdəliyin icrası müddəti ilə bağlı aramızda müqaviləyə əsasən müəyyənləşdirilmiş müddət başa çatdıqda, cavabdeh maliyyə çətinliyi ilə əlaqədar bir müddət gözləməyini, tezliklə borcunu bağlayacağını bildirmişdir. O da ümumi tanışlıqları xatirinə ona bir neçə dəfə vaxt versə də, cavabdeh öhdəliyini tam icra etməmişdir. Belə ki o həmin puldan ona hələ də 3380 manat pul ödəməmişdir. Hazırda özümün maddi problemləri olduğundan pula ehtiyacı var. Lakin cavabdehin bir kreditor kimi üzərinə düşən vəzifəni icra etməməsi, yəni borcu qaytarmaması onun maddi cəhətdən sıxıntıya salır. Artıq düşünür ki, cavabdeh faktiki olaraq borcunu qaytarmaqdan yayınır. Cavabdeh borcunun ödənilməsindən yayındığından, hesab edir ki, həmin məbləğ cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Həmin bir kreditor kimi üzərinə düşən öhdəliyi, yəni cavabdehin istədiyi məbləğdə pulu cavabdehə verərək, öhdəliyini icra etsə də, cavabdeh qanunvericiliklə üzərinə düşən öhdəliyi ona verilmiş kifayət qədər müddət ərzində icra etməmişdir. Qeyd olunan maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və iddiaçı bu öhdəliyin icra edilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə təkrar rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 13 iyun 2023–cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı borc alan Cavabdeh 6600 manat məbləğində pul borc verir. Borc alan krediti xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. İşdə olan bildirişdən görünür ki, borc alan Cavabdeh borcunu qaytarması barədə xəbərdarlıq edilmişdir. İşdə Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Notariat Xidməti təyinatı üzrə İddiaçı 115 manat ödəniş etmişdir. İşdə olan Kapital Bank ASC-yə məxsus xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinə 55 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixdə aralarında bağlanmış kredit müqaviləsinə əsasən 6600 manat məbləğində borc pul almış və həmin borcu xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh borcundan müəyyən ödənişlər etmişdir. Nəticədə onun iddiaçıya 3380 manat borcu qalmışdır. Cavabdeh qalan borcu da ödəməyi öhdəsinə götürməsinə baxmayaraq iddiaçıdan aldığı puldan 3380 manat məbləğində pulu geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 6600 manat məbləğində pulun borc verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında notariat qaydasında bağlanmış borc müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə aralarında bağlanmış kredit müqaviləsinə əsasən 6600 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və həmin pulu xx.xx.2023-cü il tarixinədək qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunun bir hissəsini ödəsə də, qalan 3380 manat borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından 3380 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 6600 manat məbləğində pulu alması faktını notarial qaydada təsdiq edilmiş kredit müqaviləsində öz imzası ilə təsdiq etmişdir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 55 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı tərəfindən kredit müqaviləsinin rəsmiləşdirilməsinə görə ödənilmiş 115 manat da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3380 (üç min üç yüz səksən) manat məbləğində və kredit müqaviləsinin rəsmiləşdirilməsinə görə 115 (bir yüz on beş) manat məbləğində məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-415/2025
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-415/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver