Məhkəmə qərarları › İş №2(051)-419/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-419/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-419/2021 15.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı ASC–nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı xx xxxx 2020–ci il tarixli 10–Y–1–0–651–20 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 9645,04 manat əsas kredit borcu, 957,58 manat faiz borcu, 165,04 manat cərimə borcu, cəmi 10767,66 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2020–ci il tarixli 10–Y–1–0–651–20 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 19 faiz olmaqla 36 ay müddətinə 10.300 manat kredit vermişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmiş, həmçinin cavabdeh əsas borcu faizləri ilə birlikdə hər ay 377.56 məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, nəticədə onun 9645,04 manat əsas kredit borcu, 957,58 manat isə faiz borcu qalmışdır. Cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən, bank tərəfindən ona 165,04 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Hesab edir ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna, habelə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyır və göstərilən məbləğdə borcunu ödəməlidir. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 9645,04 manat əsas kredit borcu, 957,58 manat faiz borcu, 165,04 manat cərimə borcu, cəmi 10767,66 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC–nin nümayəndəsi İsa Hacıyev məhkəməyə teleqram ünvanlayaraq məhkəmədən işə onların iştirakı olmadan baxılıb iddianın tam təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdi. Cavabdeh iddianı qəbul etdi və məhkəmə iclası zamanı bildirdi ki, İddiaçı-la xx.xx.2020-ci il tarixli, 10–Y–1–0–651–20 nömrəli müqaviləni bağlayan zaman işləyirdi və qazancı da bu öhdəliyi ödəməyə kifayət edirdi. Ancaq sonradan işlədiyi ştat vahidi ixtisara düşdüyü üçün hazırda heç yerdə işləmir. Ona görə də bu öhdəliyi ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən qeyd etdiyi halları nəzərə alaraq qətnamənin çıxarılmasına xahiş edir. Məhkəmə, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC (əvvəlki adı «xxxx» İKB ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 10–Y–1–0–651–20 nömrəli kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 19 faiz olmaqla 36 ay müddətinə 10.300 manat kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit məbləğini əsas borc və faizləri ilə birlikdə xx.xx.2020– xx.xx.2023–cü il ərzində hər ay 377.56 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxxx 2020-ci il tarixli kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı ASC–dən (əvvəlki adı «xxxx» İKB ASC) 10300 manat məbləğində pul vəsaitini şəxsən almışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2020–ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixli, 10–Y–1–0–651–20 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2020–ci il tarixə banka olan 9645,04 manat əsas kredit borcu, 957,58 manat faiz borcu, 165,04 manat cərimə borcu, cəmi 10767,66 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2020–ci il tarixli 10–Y–1–0–651–20 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 19 faiz olmaqla 36 ay müddətinə 10300 manat kredit vermişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmiş, həmçinin cavabdeh əsas borcu faizləri ilə birlikdə hər ay 377.56 məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş, nəticədə onun 9645,04 manat əsas kredit borcu, 957,58 manat isə faiz borcu qalmışdır. Cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən, bank tərəfindən ona 165,04 manat cərimə borcu heablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh xx xxxxxx 2020–ci il tarixədək iddiaçı banka 9645,04 manat əsas kredit borcu, 957,58 manat isə faiz borcu qalmışdır. Öhdəliyini lazımınca yerinə yetirmədiyindən, bank tərəfindən ona 165.04 cərimə borcu hesablanmışdır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2020–ci il tarixli 10–Y–1–0–651–20 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu üzrə 9645,04 manat əsas kredit borcu, 957,58 manat isə faiz borcu, 165.04 manat cərimə borcu, cəmi 10767,66 manat məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçı banka verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020–ci il tarixli 10–Y–1–0– 651–20 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 9645,04 manat əsas kredit borcu, 957,58 manat isə faiz borcu, 165.04 manat cərimə borcu, cəmi 10767,66 manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar